Əks-inqilabın qanlı simvolu – Robert Koçaryan
Bir çoxları qeyd edir ki, Serj Sarkisyanın komandası fors-major hallarında və ya növbədənkənar seçkilərdə uğur qazanmaq şansına sahib deyillər.
Ermənistanın sabiq prezindenti Robert Koçaryan növbəti dəfə Birinci İnformasiya kanalı və “Jamanak” qəzetini ona atılan böhtana görə məhkəməyə verərək, 2 milyon dram təzminat tələb edib.
Əgər Koçaryan yeni Ermənistanda köhnə ənənələrinə sadiq qalaraq bunu edirsə, baş verənlərin arxasında təlaş yox, qisas məqsədi dayanır. Problem Birinci İnformasiya kanalı və “Jamanak” qəzetinində deyil, söhbət yeni Ermənistanda yer almayan üsullardan gedir.
Ermənistanda baş verən məxməri inqilabdan sonra heç bir siyasi xadim, keçmiş məmur və ya oliqarxın yaxın keçmişdə törədilən qanlı hadisələri işıqlandıran hansısa KİV-i susdurmaq fikri belə olmamalıdır. Əgər Koçaryan Birinci İnformasiya kanalını məhkəməyə verirsə, bununla o, müqavimət göstərməyə, azad fikir, söz və KİV-ə müharibə elan edir.
Problemin kökü daha dərindir. Və bu, bir saytın, bir qəzetin taleyilə kifayətlənmir. Birinci İnformasiya kanalı məxməri inqilab zamanı hadisələri işıqlandıraraq, Koçaryanın timsalında köhnə sistemlə mübarizə aparıb.
Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO
“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub?
Tərcümə: S.Xankişiyeva