Ekspert: AXC-Müsavat hakimiyyəti Azərbaycanı dalana dirəmişdi | 1news.az | Xəbərlər
Siyasət

Ekspert: AXC-Müsavat hakimiyyəti Azərbaycanı dalana dirəmişdi

15:31 - 11 / 06 / 2019
Ekspert: AXC-Müsavat hakimiyyəti Azərbaycanı dalana dirəmişdi

Müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü vəziyyəti xatırlayanda, indiki Azərbaycana gəlib çıxacağımız həmin dövrü yaşayan heç bir insanın ağlına gəlməzdi.

Bunu 1news.az-a siyasi şərhçi, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O vurğulayıb ki, həmin vaxt çox mürəkkəb və çıxılmaz vəziyyət yaranmışdı:

“Bir tərəfdən Ermənistanın işğalı, digər tərəfdən  ölkədə siyasi hakimiyyətin təsir imkanlarının, idarəçilik təcrübəsinin olmaması, ayrı-ayrı bölgələrdə separatçı hərəkətləri sitimullaşdıran qüvvələrin mövcudluğu, Azərbaycanı vətəndaş müharibəsinə sövq edən qruplar və s. Bu aspektdən yanaşanda, faktiki olaraq idarəolunmayan bir xaos mövcud idi ki, bu da ilk növbədə siyasi hakimiyyətinin təcrübəsizliyindən və mənəm-mənəm davasından irəli gələn məsələ idi”.

E.Mirzəbəyli əlavə edib ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti nə edəcəyini bilmirdi, əllərində konkret bir proqram və onu həyata keçirəcək təcrübə yox idi:

“Digər tərəfdən, bu qüvvələr arasında ciddi qarşıdurma var idi və bu qarşıdurma nətcə etibarilə həm də Azərbaycan xalqını qarşı-qarşıya qoymaq kimi bir durum yaratmışdı. Yanlış bəyanatlar, xarici siyasətdə buraxılan çox ciddi səhvlər, yaxın qonşularla münasibətlərin pozulması istiqamətində səsləndirilən mülahizələr, onların faktiki olaraq potensialı ilə uyğun gəlməyən həm siyasi, həm də geosiyasi iddaları nəticə etibarilə Azərbaycanı olduqca çıxılmaz bir beynəlxalq dalana dirəmişdi. Həmin mənzərə bu gün də olduğu kimi gözümün önündədir. Təbii ki, bu, çox ciddi buraxılan səhvlər idi ki, ölkədə normal bir vəziyyətin formalaşmasına mane olurdu. Böyük xətalara yol verilmişdi. Onları aradan qaldırmaq üçün Heydər Əliyev kimi bir lider uzun müddət vaxt əmək sərf etmiş oldu”.

E.Mirzəbəyli əlavə edib ki, qeyd edilən çox mürəkkəb situasiyada təbii ki, yeganə çıxış yolu ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi:

“Həmin dövrü xatırlayanda, indiki Azərbaycana gəlib çıxacağımız o hadisələri yaşayan heç bir insanın ağlına gəlməzdi. Çünki ölkə faktiki olaraq paramparça vəziyyətində idi. Heydər Əliyev Azərbaycanda dövlət idarəçilik sistemini formalaşdırdı,  bütün strukturları öz yerinə otuzdurdu və Azərbaycanda faktiki olaraq normal bir dövlət formalaşdı. Növbəti addımlar isə Azərbaycan enerji siyasətinin müəyyənləşdirlməsi, ölkənin iqtisadi cəhətdən inkişafı üçün atılan addımlar idi ki, biz bu gün də onun bəhrəsini görməkdəyik. Təbii ki, 15 iyun Azərbaycan tarixinin çox önəmli bir hissəsidir.  Heydər Əliyevin özünün də zamanında dediyi kimi, dövləti qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan daha çətindir. Heydər Əliyev məhz Azərbaycan dövlətini, onun müstəqilliyini qoruyub saxladı və bu gün ölkəmiz regionun ən güclü dövlətlərindən biridir. Azərbaycan qarşısına çox böyük hədəflər qoyan bir dövlətdir”.

Ekspert əlavə edib ki, o dövrdə Heydər Əliyev olmasaydı, vəziyyətin necə inkişaf edəcəyini təsəvvür etmək belə mümkün deyildi:

“Həmin durumda Azəbaycanı o vəziyyətdən çıxaracaq, o idarəçilik təcrübəsinə malik, eyni zamanda dünyanın qəbul edə biləcəyi başqa lider yox idi. Azərbaycanı ilk dövrlərdə beynəlxalq müstəvilərdə məhz Heydər Əliyevin liderliyi, onun şəxsiyyətinə, götürdüyü öhdəliklərə görə qəbul etdilər. Çünki Azərbaycanın elə bir iqtisadi gücü yox idi ki, onun götürdüyü öhdəlikləri dünya qəbul edə bilsin. Amma ölkəyə investisiya cəlb etmək lazım idi, bu da məhz Heydər Əliyevin ustalığı, şəxsi nüfuzu nəticəsində mümkün oldu və  Azərbaycan iqtisadi böhrandan çıxmağı bacardı”.

1news.az

 

 

Paylaş:
691

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər