Ekspert: Bu islahatlar büdcədən maliyyələşdirmədə effektliyi artırmaq üçün olduqca zəruridir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert: Bu islahatlar büdcədən maliyyələşdirmədə effektliyi artırmaq üçün olduqca zəruridir

11:05 - 16 / 01 / 2019
Ekspert: Bu islahatlar büdcədən maliyyələşdirmədə effektliyi artırmaq üçün olduqca zəruridir

Azərbaycanda həyata keçirilən struktur islahatları dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq, dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.

Bu fikirləri 1news.az-a iqtisadçı ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında yanvarın 14-də imzaladığı fərmanı şərh edərkən bildirib.

Ekspert xatırladıb ki, Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  struktur islahatının gözlənildiyini  anons  etmişdir.

“Ölkəmizdə bu islahatlar müəyyən vaxtlardan bir aparılıb və aparılır. Sadəcə olaraq, bir komplekslilik olmayıb. İndi məhz buna ehtiyac var. Hələ 2015-2016-cı illərdəki böhran bunu tələb edirdi. Belə ki, qeyd olunan illərdə neftin qiymətinin dünya bazarlarında düşməsiylə büdcə xərclərimizdə aşkar və birbaşa olmasa da, təhlükə yarandı. Niyə? Çünki, bizdə idarəetmə strukturlarının hər birinin özü "şişkin" vəziyyətdə olmaqla yanaşı, bunların sayı da çoxdur. Ona görə də mərhələli olaraq bu sahədə kəmiyyət dəyişiklikləri, islahatı aparılmalıdır.

Prezident də iclasda bildirdi ki, indi idarəetmədə struktur köhnəlib, yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü...”, - deyə, P.Heydərov əlavə edib.

Onun sözlərinə görə, dövlət başçısının fərmanı ilə bir sıra büdcə qurumlarının ləğv olunmasını struktur islahatlarının növbəti dalğası kimi qiymətləndirmək olar:

“Sözügedən dalğanın daha hansı qurumları "vuracağı" bəlli deyil. Ancaq bu, davam etdirilməlidir. Düzdür, struktur islahatları, müəyyən bir qrup vətəndaşın işsiz qalması ilə nəticələnir. Lakin potensiallı kadrların tezliklə digər qurumlarda iş tapacaqları şübhə doğurmur. Struktur islahatları olduqca vacib tədbirdir. Ümumiyyətlə, bütün sahələrdə və istiqamətlər üzrə idarəçilikdə paralelçilikdən, formallıqdan və mürəkkəblikdən qurtulmaq lazımdır. Bu, dövlət büdcəsindən maliyyələşdirmədə effektliyi və səmərəliliyi artırmaq - genişləndirmək üçün olduqca zəruri sayılır”.

Ekspert xatərladıb ki, ölkədə 800 min dövlət büdcəsi işçisi var. 1 milyondan cəmi 200 min nəfər aşağı. Bu, olduqca böyük rəqəmdir. Onların bir hissəsi özəl sektorda çalışsa yaxşıdır. Onlara verilən maliyyə hesabına isə yerdə qalan büdcə işçilərinin maaşlarını artırmaq olar.

“Ümumiyyətlə, iqtisadiyyatı idarəetmə mexanizmi və aparatı nə qədər yığcam olsa, bir o qədər az məsrəfli və keyfiyyətli olar. İqtisadiyyatı idarəetmədə səmərəlilik birinci növbədə xərclərin həcmində büruzə verir. Effektiv idarəçilik az məsrəflə yüksək çevikliyi ehtiva edir. Bu mənada dövlət başçısının son fərmanı bunu nisbətən təmin edəcək.

Tam uğurlu nəticə əldə etmək və məqsədə çatmaq üçün bu siyasət davam etdirilməlidir və etdiriləcək”, deyə, ekspert fikirlərini yekunlaşdırıb.

1news.az

 

Paylaş:
449

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18
Bütün xəbərlər