Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil

21:11 - 16 / 02 / 2019
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti millətlərarası münaqişə kimi qiymətləndirmək çox yanlış olardı.

Azərbaycan və çeçen xalqları arasında tarixən çox sıx dostluq münasibətləri mövcuddur. Bu münasibətləri heç kəs sarsıda bilməz, çeçenlər və azərbaycanlılar dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, Rusiya Federasiyası, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə genişlənir və möhkəmlənir. Bu münasibətlər bütün sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə, siyasət və mədəniyyət istiqamətlərində özünü göstərir. Xüsusilə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.

2018-ci il dekabrın 14-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Prezidentinin 2018-ci ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin keçən ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edir.

“Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil. Heç şübhəsiz ki, ölkələrimizin mövqelərinin güclənməsi bəzi qüvvələri narahat edir və onlar xalqlarımız arasında düşmənçilik toxumu səpərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Şübhəsiz ki, erməni lobbisi də həmin hadisəni öz mənafeyi naminə şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlıdır və bu, onların Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq istəyindən irəli gəlir. Bu insidentin bu cür əks-səda doğurması da məhz onların təsirinin nəticəsidir. Lakin bu cəhdlər əbəsdir. Heç bir qüvvə Azərbaycan və çeçen xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirə bilməz.

Paylaş:
355

Son xəbərlər

Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07
Bütün xəbərlər