“Elektra Hall” da yeni nəsil BMW 3-cü seriya avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elektra Hall” da yeni nəsil BMW 3-cü seriya avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO

10:00 - 23 / 04 / 2019
“Elektra Hall” da yeni nəsil BMW 3-cü seriya avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO

18 aprel tarixində BMW avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısı “Improtex Motors” şirkəti “Elektra Hall”da  yeni nəsil BMW 3-cü Seriya avtomobilinin təqdimatını keçirtdi.       

Yeni sedan alman istehsalçısının CLAR modul platformasında inşa edilibdir. Lakin, bu platformada inşa edilmiş 5-ci Seriya və 7-ci Seriya modellərindən fərqli olaraq, sedan ikiqollu ön asqı ilə deyil, McPherson dayaqları ilə təchiz edilir. Arxa beşqollu asqı quruluş cəhətdən tamamilə yenidən düzəldilmişdir. Avtomobilin konstruksiyasında alüminium, maqnezium və yüksək sərtlikli poladın payı artırılıbdır. Yeni 3-cü Seriya modelini hazırlayan zaman əsas diqqət avtomobilin hərəkət dinamikasının yaxşılaşdırılması üzərində cəmlənmişdir.

Avtomobilin çəkisi 55 kiloqram azaldılmış, ağırlıq mərkəzi 10 millimetr aşağı salınmış və təkər izi ciddi şəkildə genişləndirilmişdir. Artıq ön və arxa təkər izi müvafiq olaraq 43 və 21 millimetr genişlənibdir. Kuzovun burulmaya qarşı sərtliyi də 15% artırılmışdır. Yeni 3-cü Seriya çəkinin oxlar arasında ideal şəkildə (50:50) bölünməsinə malikdir. Yeni model yaxşılaşdırılmış aerodinamika ilə də seçilir – alın müqaviməti əmsalı 0,23-ə bərabərdir.

Yeni BMW 3-cü Seriya sələfinə nisbətən daha geniş salon təklif edir. Əsas genişlənmə sürücü və ön sərnişinin çiyin və dirsək hissəsində baş veribdir. İnteryer klassik BMW üslubunda dizayn edilibdir. Yeni sedanın 10,25-düymlük ekranı olan multimedia sistemi iDrive 7.0 platformasında inşa edilib, sistem səslə verilən komandalar ilə idarə olunur.

Sedan dörd təchizat səviyyəsində təklif ediləcəkdir: Advantage, Sport Line, Luxury Line və M Sport. Əlavə salonun Vernasca və ya Merino dəriləri ilə üzlənməsini, cihazlar panelinin isə süni Sensatec dərisi ilə və yaxud əsl BMW Individual dərisi ilə üzlənməsini sifariş etmək olar. Digər opsiyalar üçzonalı klimat-kontrol, panoram tavan və Harman Kardon səs sistemidir.

BMW 3-cü Seriya elektronika ilə idarə edilən amortizatorları olan opsional adaptiv M-asqısını malikdir. Opsiyalar siyahısında öndə dörd porşenli olan M Sport əyləc sistemi, həmçinin arxa oxa quraşdırılan differensial da vardır. İlk zamanlarda yeni sedan beş güc variantına malik olan üç mühərriklə təklif edilir. Belə ki, 320i və 330i modifikasiyalarının 2,0-litrlik dörd silindrli mühərriki 184 və 258 at qüvvəsinə malikdirlər. Eyni həcmli dizel mühərriki isə 150 (318d) və 190 (320d) at qüvvəsi təklif edir. Gələcəkdə sedan üçsilindrli turbomühərriklə təchiz edilmiş baza variantına və güclü M-versiyalara sahib olacaqdır.

Yeddinci nəsil 3-cü Seriya sürücüyə yardım sistemlərinin geniş çeşidinə malik olub: Stop&Go funksiyalı aktiv kruiz-kontrol, yerdəyişmələr zamanı və arxadan zərbələri təhlükələri xəbərdar edən sistem, dayanacaqdan arxa hərəkətlə çıxmağa yardım funksiyası bu çeşidə daxildir. Bundan başqa, yandan zərbələrdən müdafiə edən zolaqda saxlama funksiyası, 50 metrə qədər məsafədə əvvəl keçilmiş xətt üzrə avtomatik olaraq arxaya hərəkət etməyə imkan verən parklanma yardımçısı da opsiyalar siyahısına daxil edilib. Qeyd edək ki, BMW Azərbaycanda 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən yeganə avtomobil brendidir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”,  BMW motosikllərinin və Yaponiyanın YAMAHA brendinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.

Reklam hüququnda

Paylaş:
929

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər