Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının Qarabağa dair yerinə yetirilmədiyindən danışıb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının Qarabağa dair yerinə yetirilmədiyindən danışıb

13:50 - 18 / 07 / 2019
Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının Qarabağa dair yerinə yetirilmədiyindən danışıb

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində çıxış edib.

1news.az xəbər verir ki, Əli Əhmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. O, son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əməkhaqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını diqqətə çatdırıb.

Baş nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi üçün respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirildiyini bildirib.

Eyni zamanda, Baş nazirin müavini, ölkəmizdə DİM-lərə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. O, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

1news.az

 

Paylaş:
576

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər