Əli Əhmədov: Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir

16:34 - 19 / 03 / 2019
Əli Əhmədov: Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov xatırladıb ki, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam 400-dən artıq insana şamil edildi: "Bu, Prezidentin böyük humanizmindən xəbər verir. Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam birinci deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar səhvlərini başa düşüblərsə, Prezident humanizmlik göstərir və əfv edir".

Baş nazirin müavini əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanovun verdiyi bəyanata da münasibət bildirib: "Əfv olunan şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verdi. Prezidentin humanizmliyi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi".

O vurğulayıb ki, azadlığa çıxanlar arasında fərqli dünya görüşünə malik insanlar var, onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi: "Bu, ən azından insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, "sağ ol" deməlisən. Amma biz bunu Əli İnsanovdan görmədik".

Ə.Əhmədov əlavə edib ki, hər hansı beynəlxalq təşkilat və ya dövlət Ə.İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib: "Əli İnsanovun guya azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması, ən yumşaq şəkildə ifadə etsək, ona edilən yaxşılığı dərk etməməsi anlamına gəlir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhvini başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin humanizmini qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir".

1news.az

Paylaş:
451

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər