Əli Həsənov: Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır

15:24 - 17 / 12 / 2018
Əli Həsənov: Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır

“Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir.

Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, tam məsuliyyəti ilə bildiririr ki, özünü “hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş vermiş hadisənin hakimiyyətlə və şəxsən onunla bağlamaq cəhdləri növbəti ucuz şoudur:

“Kiminsə təhqir olunması mənim nə rəsmi statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə də ki hansısa formada ictimai maraqlarıma uyğun deyil. Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir.

Ancaq son faktı əsas götürərək diqqət etmək lazımdır ki, bu iddiaları irəli sürənlər kimlərdir və məqsədləri nədir?! Azər Kazımzadə adlı şəxs xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab edirəm.

Mən heç vaxt onların iddialarına, mənə qarşı irəli sürdükləri barmaqdansorma ittihamlarına onların əxlaqına uyğun formada cavab verməmişəm və bundan sonra da belə bir fikrim yoxdur. Həmişə hesab etmişəm ki, siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməzlər. Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil.

Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər”.

S.Xankişiyeva

Paylaş:
700

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər