Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

15:51 - 21 / 03 / 2019
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ölkələrdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra bu ənənəvi münasibətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və qazax xalqının lideri Nursultan Nazarbayevin səyləri nəticəsində qorunub saxlanılıb və daha da inkişaf etdirilib.

Həm Heydər Əliyev, həm də Nursultan Nazarbayev müstəqil dövlət qurucuları kimi öz adlarını əbədi olaraq xalqlarının tarixinə qızıl hərflərlə yazıblar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kazinform agentliyinin xüsusi müxbirinə müsahibəsində söyləyib.

Əli Həsənov deyib: “Birmənalı şəkildə demək olar ki, Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında son 30 il ərzində baş vermiş bütün müsbət dəyişikliklərdə həlledici rol məhz N.Nazarbayevə məxsusdur. Qazaxıstan onun müdrik siyasəti nəticəsində beynəlxalq siyasətin nüfuzlu aktoruna, sürətlə inkişaf etmiş və dünyanın aparıcı iqtisadiyyatları sırasına qoşulmağı hədəfləyən sənaye ölkəsinə çevrilib.

Nursultan Nazarbayevin bütün fəaliyyəti öz xalqının rifahına xidmətə həsr olunub. O, həmçinin sadəcə qazaxların deyil, türk-müsəlman dünyasının tanınmış siyasi xadimidir. Buna görə də əminik ki, N.Nazarbayevin qəbul etdiyi növbəti qərar da qazax xalqının taleyində müsbət addım olacaq”.

Ə.Həsənov vurğulayıb: “Azərbaycan inanır ki, bu qərar qazax xalqının firavan gələcəyini təmin edəcək. Şübhəsiz ki, Azərbaycan dövləti Qazaxıstanla, onun formalaşmaqda olan yeni rəsmi strukturları ilə dostluq, tərəfdaşlıq kursunu bundan sonra da davam etdirəcək”.

S.Xankişiyeva

 

Paylaş:
356

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər