Əli Kərimlidən növbəti şou: yürüş, yoxsa qanunsuz aksiya? | 1news.az | Xəbərlər
Siyasət

Əli Kərimlidən növbəti şou: yürüş, yoxsa qanunsuz aksiya?

15:58 - 19 / 11 / 2018
Əli Kərimlidən növbəti şou: yürüş, yoxsa qanunsuz aksiya?

Məlum olduğu kimi, noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının 150 nəfərə qədər üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.

Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə aparılıb. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxııb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər isə saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib. Digər şəxslər isə İXM-nin 513.2-ci maddə ilə təqsirli bilinib.

Səbail rayon Məhkəməsinin qərarına görə, Ə.Kərimli 2500 manat cərimə edilib. Onunla birgə saxlanılanlardan bir neçəsinə cərimə, bəzilərinə isə sutkalıq inzibati həbs cəzası verilib.

Bax: Məhkəmə Əli Kərimlini cərimələdi

Artıq üç gündür ki, sözügedən məsələ ictimaiyyət arasında geniş müzakirə edilməkdədir. Bəziləri aksiya iştirakçılarının saxlanmasını doğru hesab etməsə də, bir çoxları aksiyanın qanunsuz olduğunu əsas gətirərək AXC rəhbərliyini qanunu pozaraq təxribat yaratmaqda günahlandırıb.

Nəzərinizə çatdıraq ki, paytaxtda keçirilən aksiyalar əvvələcədən Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu qanunla da təsbit olunub. Belə ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanuna uyğun olaraq aksiya keçirmək istəyən şəxslər Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək aksiyanın keçirilməsində niyyətini, aksiyanın tarixini, saatını və məqsədini izah etməlidirlər. Razılaşdırılmamış hər hansı bir aksiya qanunsuz hesab olunur və ictimai asayişin təmin olunması məqsədilə bu cür aksiyaların qarşısı polis əməkdaşları tərəfindən alınır.

İnkişaf etmiş Qərb ölkələrində belə qanunsuz aksiyaların keçirilməsinə icazə verilmir, hətta polis bu cür aksiyaların qarşısını qətiyyətlə alır. İnsan hüquq və azadlıqlarının səviyyəsinin yüksək hesab olunduğu ABŞ-da keçirilən aksiyalar zamanı dəfələrlə bunun şahidi olmuşuq. Bəzi hallarda aksiyalar qarşıdurmaya çevrilib və nəticədə polisin müdaxilə etdiyi hadisələrdə xeyli sayda aksiyaçı yaralanıb.

Uzağa getməyək, noyabrın 17-də Böyük Britaniyanın paytaxtı Londonda hökümətdən iqlim dəyişikliyinə ciddi yanaşmasını tələb edən aksiya iştirakçıları körpünü bağlayıblar. Nəticədə aksiya iştirakçılarından 25-ə qədəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 17-də Yunanıstanın paytaxtı Afina şəhərində isə Politexnik İnstitutun tələbələri etiraz aksiyası keçiriblər. Polisin aksiyaya müdaxiləsi nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.

Srağagün Fransada da etiraz aksiyaları baş qaldırıb. Qiymət artımına qarşı keçirilən "Sarı jiletlilər"in aksiyası zamanı da analoji hal yaşanıb. Belə ki, polislə aksiya iştirakçıları arasında baş verən qarşıdurma zamanı 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.

Göründüyü kimi, tək bizdə deyil, hətta ən inkişaf etmiş ölkələrdə belə qanunsuz aksiyaların keçirilməsinə icaz verilmir və qarşısı polis tərəfindən alınır. Bu baxımdan AXC-nin noyabrın 17-də keçirdiyi aksiya da istisna deyil.

1news.az

Paylaş:
1000

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər