Elman Məmmədov: Gəncə hadisələri dövlətçiliyə qarşı törədilmiş təxribatdır | 1news.az | Xəbərlər
Siyasət

Elman Məmmədov: Gəncə hadisələri dövlətçiliyə qarşı törədilmiş təxribatdır

12:59 - 16 / 07 / 2018
Elman Məmmədov: Gəncə hadisələri dövlətçiliyə qarşı törədilmiş təxribatdır

Gəncədə baş verən hadisələr birmənalı olaraq dövlətə, dövlətçiliyə qarşı törədilmiş təxribatdır.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu cinayəti törədənlərin hamısı layiq olduqları cəzalarını almalıdırlar:

“Bu, dövlətə, qanuna, polisə qarşı törədilmiş cinayətdir, terrordur və bu terrorun xarici mənbələri də məlumdur. Xaricdən idarəolunan dəstələr də aşkrlanıb, ifşa olunur, onlar haqqında lazımi hüquqi ölçülər götürülür və belə də davam etdiriləcək”.

İyulun 13-də Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasa da toxunan E.Məmmədov bildirib:

“Dövlət başçısı həmin iclasda vurğuladı ki, Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən kimlər varsa, istər hüquqi, istər fiziki şəxs olsun, qanun qarşısında cavabdehdir, cəzalarını aalcaqlar. Hansı qüvvələr ki, dövlətimizə, dövlətçiliyimizə qarşı bu üsullara əl atır, qanun qarşısıda cavab verəcəklər. Hazırda istintaq-axtarış tədbirləri davam etdirilir, heç kim məsuliyyətdən kənarda qalmayacaq. Xaricdə əleyhimizə kampaniya aparanlar da vaxt gələcək ya yerləşdikləri dövlətlər tərəfindən, ya da Azərbycana gətirilərək məsuliyyətə cəlb olunacaqlar”.

Millət vəkili əlavə edib ki, bir müddət idi sosial şəbəkələrdə Gəncədəki aksiya ilə bağlı radikal çağırışlar yer alırdı, bu çağırışlara qarşı daha ciddi proflaktik işlər görülməli idi, o zaman bəlkə də hadisələr bu həddə çatmazdı.

E.Məmmədov əlavə edib ki, Azərbaycan mürəkkəb regionda yerləşir, ölkəmizdə gedən iqtisadi inkişaf proseslərini, aparılan müstəqil siyasəti gözü götürməyənlər çoxdur:

“Bizim  bir nömrəli düşmənimiz torpaqlarımızı işğal eləmiş Ermənistandır, işğalçıya qarşı mübarizə aparıb, torpaqlrımızı azad etməliyik. Əminliklə deyə bilərəm ki, bu hadisələrdə Ermənstan xüsusi xidmət orqanlarının dolayısı və yaxud birbaşa iştirakı var, ancaq çox təəssüflə qeyd edirəm ki, bəzi qonşu dövlətlər də bizə qarşı təxribatlar törətməkdə Ermənistandan geri qalmırlar. Bu, mərkəzlərin bəziləri elə onların ərzisində yerləşir, buna görə Azərbaycanda müvafiq qurumlar heç vaxt ehtiyatı əldən verməməli, aylq-sayıq olmalı və lazımi ölçülər götürməklə, belə halların qarşısını əvvəlcədən almalıdırlar.

Hesab edirəm ki, hüquq-mühafizə orqanlarımız kifayət qədər güclüdür, operativ fəaliyyət göstərirlər və belə hadisəlrin qarşısını yüksək səviyyədə alırlar, bunu xalqımız gördü və almaqda davam edəcəklər”.

E.Məmmədov xaricdən idarə edilən bəzi saytların ölkəmiz əleyhinə fəaliyyətinə də toxunub:

“Bütün dövrlərdə media çox ciddi sahə olub və silahın gücündən geri qalmayan gücə malikdir. Ona görə bu sahə hər zaman diqqətdə saxlanılmalıdır. Baş vermiş hadisələrlə bağlı həmin medialarla bağlı da bəzi araşdırmalar aparılır, istintaqa cəlb edilənlər də var. Düşünürəm ki, cəmiyyətdə nə qədər demokratiya, söz və mətbuat, ifadə azadlığı bərqərar olsa da, bundan istifadə edərək dövlətimizə, vətənimizə, xalqımıza  qarşı hazırlanan təxribatlarda iştirak etməməliyik. Əgər ediriksə, demək, qanunu pozuruq, qanunu pozduqda isə onun ən sərt üzü ilə qarşılaşmalı olursan. Bir sözlə, bu cür hallarla çox ciddi mübarizə aparılmalıdır”.

1news.az

 

Paylaş:
434

Son xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23
Bütün xəbərlər