Elmar Məmmədyarov Hindistan səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Hindistan səfirini qəbul edib

17:04 - 12 / 12 / 2018
Elmar Məmmədyarov Hindistan səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı səfiri Sanjay Rananı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.

1news.az-a XİN-dən verilən məlumata görə, iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirən səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirdi.

Görüş zamanı tərəflər mövcud bağlılıq layihələri, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, gömrük sadələşdirmələri və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər. Hindistanın bağlılıq layihələrində maraqlı olduğunu qeyd edən səfir, bu nəqliyyat şəbəkələrinin ölkəsini geniş qonşuluqla birləşdirən körpü rolunda çıxış etdiyini bildirdi. 

Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğuladılar.

Səfir Sanjay Rana diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.

1news.az

Paylaş:
585

Son xəbərlər

Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19
Bütün xəbərlər