Elxan Məmmədov: “Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır” | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov: “Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır”

13:32 - 20 / 11 / 2018
Elxan Məmmədov: “Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır”

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovo ilə səfər oyunundan əvvəl keçirilən açıq məşqi zamanı brifinq təşkil edib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, sözügedən oyunla bağlı fikirlərini bölüşən baş katib jurnalistlər maraqlandıran suallara da cavab verib.

- Oyun öncəsi həyəcan varmı?

- Təbii ki, milli komandamızın hər rəsmi oyunundan əvvəl həyəcan olur. Matçda ən vacibi odur ki, komanda məsuliyyəti anlayır. Millətlər Liqası hələ start götürməmişdən proqnozlar belə idi ki, həlledici görüş Priştinada keçiriləcək. Belə də oldu. Finala bərabər görüş olacaq. Demək olar ki, bu milli komandamızın tarixində ən vacib qarşılaşmadır. Minimum məqsədə nail olmalıyıq. Komandamız 3 xalı qazanmaq üçün meydana çıxacaq. Millimizin taleyi öz əlindədir.

- Bir neçə gündür ki, mətbuatda mükafatla bağlı müxtəlif rəqəmlər səslənir...

- Oyundan əvvəl komandayla heç vaxt mükafat mövzusunda danışmırıq. Milli ilk növbədə bayrağımız, azarkeşlərimiz uğrunda oynayır. Təbii ki, qrup qalibi olacağı təqdirdə millini mükafat gözləyir. Ancaq ayrıca bu matç üçün heç bir mükafat elan edilməyib. Komandamızın başlıca məqsədi qrupda 1-ci yeri tutmaqdır və milli oyuna ölkə adına çıxacaq! Təəssüf ki, əsas qapıçımız Kamran Ağayev son oyunda zədələndi. Ancaq tarixə nəzər saldıqda, DÇ-1990-da Neri Pumpido zədələndikdən sonra Argentina millisində çərçivə Serxio Qoykoçeaya etibar edildi və o, mundialın ən yaxşı qapıçısı seçildi. Elə milli tariximizdə də analoji hal yaşanıb. 2008-ci ildə Uelslə səfər oyunu öncəsi zədələnən Fərhad Vəliyevi Kamran Ağayev əvəzlədi və növbəti 10 ildə millimizin əsas qapıçısı oldu. Əminəm ki, gələcəkdə də olacaq. Bu, digər qapıçılarımıza bir mesajdır ki, onlar tarixə düşə bilərlər. Əlbəttə, bu, böyük itkidir. Ancaq tarix göstərir ki, bəzən itki qazanca da çevrilir.

- Təhlükəsizliklə bağlı nə deyə bilərsiniz?

- Bəli, mediada bu barədə məlumat yayılıb. Öz növbəmizdə Kosovo Futbol Federasiyasını bu məsələ ilə bağlı məlumatlandırmışıq. Azarkeşlərimiz az olacaq, amma onlar olacaq. Onların təhlükəsizliyi təmin olunmalıdır. Bu üzdən də əlavə təhlükəsizlik tədbirləri görüləcək. Bu məsələylə bağlı azarkeşlərimiz problem yaşamamalıdır.

- Baş katib kimi yox, bir azarkeş kimi proqnozunuz?

- Bu cür oyuna proqnoz vermək çətindir. Həm AFFA rəsmisi, həm də azarkeş kimi onu deyə bilərəm ki, bura 3 xal arxasınca gəlmişik. Əsas odur ki, komanda özü hər şeyi gözəl dərk edir. Biri var komanda tərəddüd edir, biri də var komanda anlayır və inanır. Qələbə üçün yığmamız hər şeyi edəcək.

- Kosovo millisi çox şişirdilmir?

- Qrup mərhələsi Kosovodan bir baş üstün olmadığımızı göstərdi. Biz hamıdan aşkar üstün olsaydıq, sonuncu görüş formal xarakter daşıyardı. Bizi final gözləyir. Demək olar ki, qüvvələr bərabərdir. Bəli, reytinqə baxdıqda, biz üstün idik. Ancaq bu, qısa zamanı əhatə edən turnirdir. Burda hər şey ola bilər. Sürprizlər də yaşandı. Təəssüf ki, Maltanı hər iki oyunda məğlub edə bilmədik. Bunu bacarsaydıq, Priştinaya fərqli əhvalda gələrdik. Kosovo da Farer adaları ilə görüşdə problem yaşadı və qarşılaşmalardan birində bərabərə qaldı. Bu, futboldur. Hesab edirəm ki, komandaların gücü bərabərdir. Ancaq Kosovo evdə oynayacaq və bu üzdən psixoloji baxımdan hazır olmaq lazımdır. Hesab edirəm ki, komandamız bu baxımdan hazırdır. Məşqçilər korpusu bunun üçün hər şey edib. Kamran Ağayevdən savayı heç kimin zədəsi yoxdur.

- Azərbaycan nümayəndə heyəti Kosovoya səfərdən sonra Serbiyaya getməkdə problem yaşamayacaq ki?

- Ümid edirəm ki, buraxacaqlar (gülür). Oyundan sonra UEFA və FİFA-ya müraciət edəcəyik. Artıq AVRO-2020-nin süçmə mərhələsində Serbiya ilə eyni qrupa düşə bilərik. Bu barədə əvvəllər də UEFA-ya məlumat vermişdik.

- Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr olubmu?

- Bəli, Xarici İşlər Nazirliyi ilə məsləhətləşmişik. Biz də Kosovo kimi UEFA və FİFA-nın daimi üzvləriyik. Bu üzdən də bura gəlməyə məcbur idik. Çünki əks təqdirdə sanksiya ilə üzləşə bilərdik. Kosovolu idmançılar artıq bir neçə dəfə Azərbaycanda təşkil edilən idman yarışlarında iştirak ediblər. Elə futbol yığmaları da ölkəmizə gəlib. Əlbəttə, futbolun siyasətə qarşımasını istəməzdik. Bizim fikrimizi soruşsaydılar, bəlkə də Kosovoya gəlməyi heç istəməzdik. Ancaq FİFA və UEFA-nın qərarlarına hörmətlə yanaşmalıyıq.

1news.az

Paylaş:
785

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər