Elxan Məmmədov: “Yurgen Kloppa məsləhət görərdim ki...” | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov: “Yurgen Kloppa məsləhət görərdim ki...”

18:00 - 11 / 05 / 2019
Elxan Məmmədov: “Yurgen Kloppa məsləhət görərdim ki...”

AFFA-nın baş katibi Elxan Məmmədov “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı kəskin bəyanatına münasibət bildirib.

“Yurgen Kloppun sözləri məni xoşagəlməz bir şəkildə təəccübləndirdi. O, həmişə çox pozitiv insan təəssüratı bağışlayıb. Üstəlik, hamımız bilirik ki, o, futbolda həqiqətən də uğurlu nəticələr əldə edən böyük mütəxəssisdir. Amma bütün bunlarla yanaşı, onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm.

Biz futbolun dəyərlərinə hörmət etməli və onu inkişaf etdirməliyik. Əsas dəyərlərimizdən biri də futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.

Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və əminəm ki, Avropa çempionatı oyunlarının və Avropa kuboku finalının Şərqi Avropa ölkələrində keçirilməsi bu ölkələrdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir”- deyə, E.Məmmədov qeyd edib.

AFFA-nın baş katibi xatırladıb ki, bəzi ölkələrdə skeptik əhval-ruhiyyənin olmasına baxmayaraq, Rusiyada mükəmməl təşkil olunmuş Dünya çempionatının şahidi olduq.

“Eyni sözləri Kiyevdə və yaxud 10 il əvvəl İstanbulda Çempionlar Liqasının final oyunlarının təşkili barədə də deyə bilərik. Bəli, ola bilsin bu il Madriddə qiymətlər Çempionlar Liqasının finalına görə yüksəlib, ancaq bu bazar iqtisadiyyatının yan təsiridir və böyük idman tədbirləri ərəfəsində hər yerdə olur.

Razıyam ki, London Bakıya avtobusla gəlmək çox çətin olacaq. Lakin əsl azarkeşlər üçün məsafə nə vaxtdan maneə olub?

Xatırlatmaq istəyirəm ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə üç şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı. Heç kəs digər ölkələrin iştirak etməsi imkanlarına məhdudlaşdırmadı. Əminəm ki, Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda əminəm ki, Madriddə də buna şahid olacağıq.

Biz çox yaxşı hazırlaşmışıq. Bakıdakı otellərdə yerlər var, restoran və maqazinlərdə pivə kifayət qədərdir, aviaşirkətlərdə isə əlavə çarter reyslərinin açılması planlaşdırılır. Bir sözlə, hər kəsin diqqətini öz işinə cəmləşdirməsinin əsl vaxtıdır.

Yurgen Kloppa isə qlobal futbol dəyərlərini fəal şəkildə yüksəltməyi, ölkələri və paytaxtları Avropa kuboklarının finalını keçirmək üçün layiq və layiq olmayanlara bölməməyi məsləhət görərdim. O, məşhur bir insandır və dünyada milyonlarla azarkeş onun fikirlərini dinləyir.

Xatırladaq ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Kuboklarının final oyunlarının keçiriləcəyi Madrid və Bakı şəhərlərinə biletlərin qiymətinin və yaşayış xərclərinin yüksək olması ilə bağlı azarkeşlərin narazılığına münasibət bildirib.

“Madridə gəldikdə, məncə, hər şey inanılmaz dərəcədə bahadır, amma ən azından Bakıdan fərqli olaraq dünyanın başqa bir hissəsində deyil. Düşünürəm ki, orada final oyunu keçirmək kifayət qədər komikdir. Belə qərarları qəbul edən uşaqların nahar vaxtı nə yediklərini bilmirəm, çünki onlar bunu edirlər.

Keçən il Çempionlar Liqasının finalında Kiyevdə oynadıq. Bu çox gözəl bir şəhərdir. Amma Rusiya komandasının və ya dünyanın bu hissəsindən olan başqa bir komandanın finalda olacağı ehtimalı çox azdır. Və çıxdığımız zaman hər kəs hazır olmalıdır.

Madrid də təxminən iki yüz min ingilis azarkeşini qəbul etməyə hazır olmalıdır. Ancaq onlar bunun baş verə biləcəyini təsəvvür edirdilər. Finalda “Ayaks”la oynayacağımız təqdirdə isə daha çox azarkeş olacaqdı.

Amma Bakı... Ora necə gedəcəyimizlə bağlı heç bir fikrim yoxdur. Heç bir aydınlıq yoxdur. Qərarlar (finalı keçirmək barədə) daha məqbul və məntiqli olmalıdır. Bu məsuliyyətsizlikdir. Bu cür qərarları necə qəbul etdiklərini bilmirəm.

Bəlkə qiymətlərin aşağı salınması, hansısa yolla məhdudlaşdırılması ilə bağlı razılığa gəlmək lazımdır. Eşitdiyimə görə oteldə adətən 100 funta olan nömrənin qiyməti hazırda 2700 funta icarəyə verilir. Bu ağılsızlıqdır” deyə, Klopp bildirib.

Qeyd edək ki, bir qədər öncə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi digər dövlət strukturları, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)  ilə birgə UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsinə tam hazır olduqlarını və ölkəmizə gələcək turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradıldığını bəyan ediblər.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, final oyununun hazırlıqları tam sürəti ilə davam edir.

Qeyd edildiyi kimi, 29-30 may tarixlərində “AZAL” aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Bundan əlavə finalçı klublar və UEFA Avropa Liqası ilə AZAL arasında əlavə çarter reyslərinin təşkili ilə bağlı danışıqlar aparılır.

“Bakıda müxtəlif büdcələrə cavab verən beynəlxalq və yerli markalı otellərin olması tədbir zamanı xarici qonaqların rahatlığını təmin edəcək. Gəliş, yerləşmə və ölkədə qalma zamanı turistlərin və qonaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət və özəl biznes nümayəndələri tərəfindən diqqətlə nəzərdən keçirilib. Çox vacibdir ki, Azərbaycan ən az terror təhlükəsi olan ölkələrin dünya reytinqində ilk yerlərdən birini tutur.

Matçın hazırlanması və təşkil edilməsi prosesinə cəlb edilmiş bütün dövlət qurumları bu əhəmiyyətli idman tədbirinin uğurla keçirilməsi üçün daha gücləndirilmiş bir rejimdə çalışacaqlar”- deyə, məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, Azərbaycanın Formula 1, Avroviziya, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışların uğurlu təşkilində və keçirilməsində böyük təcrübəsi var.

1news.az

Paylaş:
1565

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər