Elxan Məmmədov: MFL-də oynamaq ilk növbədə sağlam həyat tərzidir | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov: MFL-də oynamaq ilk növbədə sağlam həyat tərzidir

14:01 - 31 / 12 / 2017
Elxan Məmmədov: MFL-də oynamaq ilk növbədə sağlam həyat tərzidir

Artıq 3-ci ildir keçirilən Mini Futbol Liqası (MFL) AFFA-nın dəstəyi ilə təşkil olunur. 

Assosiasiya həvəskarlar arasında keçirilən bu yarışa böyük diqqət ayırır. MFL-in 2017-ci ilə Bakı Olimpiya Stadionunda yekun vuran MFL All Star - Böyük Oyuna AFFA-nın baş katibi Elxan Məmmədovun gəlib izləməsi, matçdan sonra iştirakçıları mükafatlandırması turnirə verdikləri önəmin göstəricisidir.

Bu haqda 1news.az Sport24.az-a istinadla Elxan Məmmədovun müsahibəsini təqdim edir:     

   

- Sizi bayram ərəfəsində belə gec saatlarda stadiona gətirən nə oldu?

- İlk növbədə bu oldu ki, özüm nə vaxtsa həvəskar futbol oynamışam. İndi də oynayıram. Sadəcə, son 3 ayda dizimdə bir az probem var. Bu üzdən yanvaradək pauza götürməli idim. Təbii ki, hər dəfə MFL-ə gələndə kimlərlə oynamışam, onlarla hərdən görüşürəm. Futzalın həvəskar liqasıdı, necə deyərlər, “dır-dir”. Nə vaxtsa məhz bununla bağlı bir şey varsa, gəlib baxmaq həmin emosiyaları keçirmək istəyirsən. Çünki burda tamam başqa formatdı.

- Hansı mənada?

- O mənada ki, bura insanlar pula görə gəlmirlər. Bu, onların daimi işi deyil. MFL-də həkimi də görə bilərsən, mühəndisi də, sürücünü də.

- Yəni müxtəlif peşə sahibləridi...

- Bəli. Tam fərqli peşə sahibləridi. Aralarında məsələn, hansısa şirkətlərin menecerləri və sair də var. Onların hamısını birləşdirən futbola sevgi, bir yerdə futbol oynamaqla vaxt keçirmək istəyidi. Bəzən burdakı oyunda azart hətta peşəkar futbolda gördüyümüzdən çox olur. MFL iştirakçıları hətta bəzən onu da unudurlar ki, sərt mübarizə zədə də ala bilərlər. Onlar peşəkar futbolçu deyillər. Peşəkar futbolçu mübarizəyə girəndə sonluğu da fikirləşir ki, çətin vəziyyətdən necə çıxa bilər. Ancaq burdakı vəziyyət bir az fərqlidi. MFL futbolçuları zədə almaq ehtimalını göz önünə gətirərək mübarizədən çəkinmirər. Şükür Allaha ki, ciddi zədə problemi yoxdu və ümid edirəm ki, bundan sonra da olmayacaq. MFL-də oynamaq ilk növbədə sağlam həyat tərzidi. Fikrimcə, bunun təbliğatını bacaranların hər biri bunu etməlidi. Uşaqlar, gələcək nəslimiz bunu görərək idmanla məşğul olsun. Bu matçda oynayan futbolçuların hamısına minətdarlıq edirəm. Onlar bu matçda özləri 90 dəqiqə oynamağı seçdilər.

- Hərçənd, MFL-də kiçik meydançada bundan az oynayırlar...

- Açığı, mən özüm buna təəcübləndim. Temp də həminki idi, hardasa 70-ci dəqiqədən sonra bir az aşağı düşdü. Buna baxmayaraq, futbolçular əla dözümlülük göstərdilər. MFL-ə minnətdarlıq edirəm ki, belə oyun keçirirlər. Əsas odur ki, artıq 3-cü ildir stabil yarış keçirirlər. Biz AFFA olaraq ilk gündən MFL-i izləyirik və tam dəstələyəcəyik. Bu yarış gözəl təşəbbüsdü. Fürsətdən istifadə edərək sizlərə də minnətdaram. Siz də bu oyuna görə Bakı Olimpiya Stadiona gəldiniz. Sport24.az-a da sual vemək olar ki, tale sizi bu axşam vaxtı bura niyə gətirdi? Bir də təbii ki, təşəkkürlər “CBC Sport”a düşür. Çünki bu telekanal matçı canlı yayımlayırdı.

- Kimə azarakeşlik edirdiniz?

- Açığı, hər iki komanda AFFA-nın formasını geyirdi (gülür). İlk qol buraxan komandaya azarkeşik edirdim.

- Deməli, qırmızı rəngdə millimizin formasını geyənlərə...

- Bəli, ilk qolu onlar buraxdılar. Matç maraqlı idi. Ümid edirəm ki, bundan sonra  da belə qarşılaşmalar təşkil olunacaq. Hesab edirəm ki, matç 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik  Günü bayramına düşməsi rəmzi alındı. Hamı burda oynayaraq həmrəyliyini nümayiş etdirdi. Fürsətdən istifadə edərək saytınız vasitəsilə hamının bayramını təbrik edirəm.

- Hər iki baş məşqçi qeyd etdi ki, burda bir sıra futbolçular fiziki hazırlıqlarını qaydasına salsalar, I  Divizonda rahat oynaya bilərlər. Siz necə düşünürsünüz?

“10 nömrə” əsl peşəkarlıq nümayiş etdirdi. Adı Elvindi. Matçda het-trik etdi. Fiziki hazırlığı üzərində işləsə, onu tezliklə I Divizionda görə bilərik. Niyə də bu futbolçu Premyer Liqamızda olmasın?

Mövzu ilə əlaqədar oxuyun:

MFL ALL STAR - Böyük Oyun: Bakı Olimpiya Stadionunun meydanlarında həvəskarlar liqasının mübarizələri baş tutacaq – VİDEO

MFL-in 8-ci turu: bombardirlər arasında mübarizə və MFL All Star-ın Yeni il qabağı sürprizləri – FOTO – VİDEO

MFL-in 7-ci turu: Konferensiyalarda liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
1043

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər