Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq edilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq edilib

16:35 - 18 / 07 / 2018
Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məlahət Məmmədovanın CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Məlahət Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək, ümumilikdə onlara məxsus 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərəçəkmiş qismində ibtidai istintaqda əməkdar artist, müğənni Könül Kərimova da tanınıb.

Belə ki, Məlahət Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürəcəyini söz verib və bu işin müqabilində Könül Kərimovadan 32000 manat pul alıb. Lakin sonra verdiyi vədə əməl etməyib.

Həmçinin saxlanılan M.Məmmədovanın 2012-ci ildə dələduzluq əməlinə görə tutulması və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alması məlum olub.

Hazırlıq iclasından təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

İş üzrə baxış ayın 20-nə təyin olunub.

S.Xankişiyeva

 

Paylaş:
587

Son xəbərlər

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16
Bütün xəbərlər