Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – FOTO – VİDEO

11:02 - 26 / 09 / 2018
Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – FOTO – VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, hadisə sentyabrın 24-də tənəffüs zamanı yaşanıb. Belə ki, Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosika olan çörək yeyən zaman boğulmağa başlayıb. Uşağı təcili məktəbin tibb bacısının yanına aparıblar və təcili tibbi yardım çağırılıb.

Təcili yardım gəlsə də azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, uşaq 10 ildən sonra dünyaya gəlib.

Uşağın əmisi Namus Rzaquliyev bildirib ki, onun boğazında anginası var idi və qarşıdakı aylarda əməliyyat olunacaqdı.

Məktəblinin dəfnində məktəb rəhbərliyi ilə yanaşı şagirdlər də iştirak ediblər.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Sabunçu rayon Polis İdarəsindən 1news.az-a bildiriblər ki, aparılan araşdırma zamanı uşağın dilinin qatlanmasından öldüyü təsbit edilib:

“Dilinin qatlanmasına səbəb isə yüksək temperaturla məktəbə gedən uşaqda qıcolmanın yaranması səbəb ola bilər. Eyni zamanda uşaq yeməkdən də boğula bilər. Bütün bunlar ilkin ehtimallardır. Uşağın ölümünün dəqiq səbəbi aparılan araşdırmalardan sonra bilinəcək”- deyə, idarədən bildiriblər.

Mövzu ilə əlaqədar:

Məktəbdə faciə: 2-ci sinif şagirdi dünyasını dəyişib

1news.az

Paylaş:
1793

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər