ENGINET – Azərbaycanda internetə kütləvi FTTH qoşulmanı tətbiq edən ilk telekommunikasiya provayderidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ENGINET – Azərbaycanda internetə kütləvi FTTH qoşulmanı tətbiq edən ilk telekommunikasiya provayderidir

14:30 - 21 / 02 / 2019
ENGINET – Azərbaycanda internetə kütləvi FTTH qoşulmanı tətbiq edən ilk telekommunikasiya provayderidir

Azərbaycanın telekommunikasiya sektorunda fəaliyyət göstərən aparıcı xidmət təminatçılarından biri olan “ENGINET” şirkəti hər zaman innovasiyalarla öndə getməyə çalışır.

Belə ki, şirkətin indiyədək ölkə bazarında təqdim etdiyi ən əhəmiyyətli texnoloji yeniliklərdən biri İnternet şəbəkəsinə yüksək keyfiyyətli qoşulma imkanı verən FTTH texnologiyasının kütləvi tətbiqi və bu texnologiyaya əsaslanan multiservis telekommunikasiya xidmətlərinin təqdim edilməsi olmuşdur. 

Bəs FTTH nədir və onun üstünlükləri nələrdən ibarətdir?

FTTH – açıqlaması “Fiber To The Home” olub, ingilis dilindən tərcümədə “mənzildə fiber optik qoşulma” anlamına gəlir. FTTH texnologiyası hazırda internet rabitəsi sahəsində ən müasir və etibarlı qoşulma üsulu olub, adından da göründüyü kimi, fiber optik lifli rabitə kanalının (kabelinin) bilavasitə abunəçinin mənzilinə çəkilməsini nəzərdə tutur. Məlum olduğu kimi, hazırda ən yüksək sürət kimi işığın sürəti qəbul olunub. Fiber optik lifli kabel üzərindən məlumatların ötürülməsi məhz işıq fotonları vasitəsilə baş verir ki, bu da məlumatların ötürülməsi sürətinin onlarla gigabit/saniyəyədək çatmasını mümkün edir. Bu səbəbdən, fiber optik lifli şüşə kabel bütün digər simli rabitə kanallarından (“ezernet” adlanan mis materialdan hazırlanmış adi şəbəkə kabeli) üstündür və bu üstünlük optik kabellə stabil olaraq yüksək sürətli və kəsintisiz internetin təqdim edilməsi ilə bağlıdır.

FTTH texnologiyasının səciyyəvi xüsusiyyəti məlumatların iki aktiv avadanlığın – OLT (optical line terminal, mərkəzi server) və ONT (optical network terminal, abunəçinin mənzilindəki modem) arasında tam passiv optik şəbəkə (GPON) üzərindən ötürülməsidir. Daha sadə dildə desək bu o deməkdir ki, bütün marşrut üzrə hər hansı digər aktiv avadanlıq mövcud olmur (bu səbəbdən şəbəkə passiv adlanır), bu da abunəçinin yaşadığı ərazidə elektrik enerjisinin təminatının dayandırıldığı halda belə mənzilindəki modemi avtonom enerji mənbəyinə (UPS avadanlığına) qoşaraq optik internetdən istifadə edə bilməsinə şərait yaradır. Ezernet qoşulmada isə marşrut üzərində bir və ya bir neçə aktiv avadanlıqlar olur və adətən abunəçiyə ən yaxın olan avadanlıq onun yaşadığı binanın blokunda quraşdırılır. Bu isə ərazidə elektrik enerjisi kəsildiyi halda həmin aktiv avadanlıqların da sönməsinə və beləliklə ezernet vasitəsilə verilən internetdə kəsintilərin meydana gəlməsinə səbəb olur. 

Bundan əlavə, adi şəbəkə kabeli mis metaldan olduğundan ətrafdakı istənilən elektromaqnit dalğalanmasına və ya digər kənar amillərin təsirinə (oksidləşmə və s.) məruz qala bilir, bu da mis kabel üzərindən ötürülən internetin sürətinə və keyfiyyətinə mənfi təsir edir. Fiber optik kabelin ötürücü komponentinin materialı şüşədən ibarət olduğundan, bu kabel elektromaqnit dalğalanmasına, eləcə də misin həssas olduğu kənar amillərin təsirinə məruz qalmır və beləliklə, ötürülən internetin fəaliyyətində sürət və keyfiyyət problemləri yaşanmır.

FTTH qoşulmanı ezernet qoşulmadan önə çıxaran məqamlardan biri də ötürülən məlumatların təhlükəsizliyi ilə bağlıdır. Belə ki, ezernet kabelə kənardan müdaxilə olunaraq onun vasitəsilə ötürülən məlumatlar ələ keçirilməsi / oğurlanması ehtimalı mövcuddur, fiber optik şəbəkəyə kənardan icazəsiz daxil olma cəhdləri isə demək olar ki mümkünsüzdür.

Optik lifli rabitənin ezernet şəbəkə qoşulması ilə müqayisədə başlıca üstünlüklərindən biri də məlumatların ötürülmə sürəti və məsafəsi ilə əlaqədardır. Ezernet qoşulmada istifadə olunan mis kabelin məlumatları ötürmə sürəti saniyədə maksimum 100 meqabit ilə məhdudlaşır; ezernet marşruta heç bir əlavə siqnal gücləndiricilərinin qoyulmasına ehtiyac olmayan məsafə isə 100 metrədək təşkil edir. FTTH qoşulmada istifadə olunan fiber optik kabel vasitəsilə hazırda bir saniyə ərzində hətta terabitlərlə (!) məlumat ötürmək mümkündür; eyni zamanda, fiber optik kabel yüzlərlə kilometr məsafə boyu heç bir əlavə gücləndiriciyə ehtiyac olmadan məlumatları yüksək keyfiyyətdə ötürmək potensialına malikdir. Bu üstünlüyü sayəsində FTTH məhz gələcəyin texnologiyası olaraq adlandırılır – belə ki, FTTH hazırda mövcud olan və gələcəkdə meydana çıxacaq çeşidli yeni telekommunikasiya xidmətlərini keyfiyyətə və sürətə xələl gəlmədən uzaq məsafələrə  çatdırmağa imkan verir. Bu səbəbdən, FTTH texnologiyasının mövcudluğu həm də yeni telekommunikasiya xidmətləri və həllərinin inkişafına da təkan verir.

Azərbaycanda FTTH texnologiyasının tətbiqində ENGINET şirkətinin rolu

Ölkədə FTTH texnologiyası əsasında kütləvi şəkildə multiservis (İnternet + TV + telefoniya) telekommunikasiya xidmətlərini ilk dəfə 2013-cü ildə məhz “ENGINET” şirkəti tətbiq etmişdir. Həmin ildə şirkət ilk FTTH abunəçisini öz şəbəkəsinə cəlb edə bilmiş və o vaxtdan etibarən “ENGINET” öz FTTH əhatə dairəsini fasiləsiz olaraq genişləndirməyə başlamışdır. 2016-cı ildə şirkət sırf FTTH əsaslı xidmət konsepsiyasına əsaslanan yeni telekommunikasiya brendini – özünün “BİRLink” ticarət markasını bazara təqdim etdi. “BİRLink” – bir FTTH kabel üzərindən qeyri-məhdud sayda rəqəmsal xidmətlərin – yüksək sürətli İnternet, IP televiziya telefoniya (şəhər telefon nömrəsi), videomüşahidə və s. – keyfiyyətli şəkildə və rəqabətqabiliyyətli şərtlərlə abunəçilərə çatdırılmasını təmin   edir. Yerli bazarda olduqca innovativ yanaşma olan “BİRLink” brendinin fəlsəfəsi onun mahiyyətini həm verdiyi xidmət, həm də rəhbər tutduğu dəyərlər kontekstində tam olaraq əks etdirir – texnoloji baxımdan vahid fiber optik xətt (link) üzərindən çoxsaylı xidmətlərin yüksək keyfiyyətlə təqdim edilməsi abunəçilərin rahatlığının maksimum şəkildə təmin edilməsinə hesablanmışdır ki, bu da brendin adında uğurla ifadə olunur.

Hazırda “ENGINET” şirkəti özünün “BİRLink” brendi altında nəinki paytaxtda, eləcə də regionlarda da xidmət göstərərək ənənəvi xidmətlərlə yanaşı innovativ FTTH həllərini də ölkə əhalisi üçün əlçatan edir.

“ENGINET” şirkətinin fiber optik qoşulma konsepsiyası digər provayderlərdən nə ilə fərqlənir?

“ENGINET” şirkətinin “BİRLink” brendi altında təqdim etdiyi telekommunikasiya xidmətləri bütün qoşulma marşrutu üzrə yalnız fiber optik kabeldən istifadə edilərək bilavasitə abunəçinin mənzilinə çatdırılır. Analoji xidmətlər göstərən əksər digər provayderlər hazırda əsasən abunəçinin mənzilinədək deyil, yaşadığı binayadək fiber optik bağlantını təmin edirlər, binadan abunəçinin mənzilinə isə adi şəbəkə (ezernet) kabeli daxil olur. İT-terminologiyada bu cür qoşulma üsulu FTTB (Fiber To The Building) adlanır ki, bu da abunəçi üçün FTTH-ə nisbətən daha az üstünlüklər təqdim edir – belə ki bu zaman ezernet və ya mis kabelə xas olan və yuxarıda FTTH-lə müqayisəli şəkildə təsvir edilmiş xüsusiyyətlər aktual olur.

Beləliklə, əminliklə demək mümkündür ki, “ENGINET” şirkəti bu gün bazarda gələcəyin texnologiyası olan FTTH əsasında rəqabətqabiliyyətli telekommunikasiya xidmətləri göstərən innovativ İKT provayderidir.

Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir və mətn 1news.az redaksiya tərəfindən yazılmayıb. 

 

Paylaş:
2937

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər