Erməni deputat: Paşinyan Qarabağ danışıqlarını qondarma rejimin deyil, Ermənistanın mövqeyindən aparacaq | 1news.az | Xəbərlər
Ermənistan

Erməni deputat: Paşinyan Qarabağ danışıqlarını qondarma rejimin deyil, Ermənistanın mövqeyindən aparacaq

12:29 - 16 / 01 / 2019
Erməni deputat: Paşinyan Qarabağ danışıqlarını qondarma rejimin deyil, Ermənistanın mövqeyindən aparacaq

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin mövqeyindən deyil, yalnız Ermənistanın mövqeyindən çıxış edərək aparacaq və bu prinsipə sadiqdir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu bunu parlamentdə çıxışı zamanı "Mənim addımım" blokundan olan millət vəkili Ruben Rubinyan deyib.

O bildirib ki, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmaqdadır:

“Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ ondan ibarət idi ki, təmas xəttində tərəflər arasında silahlı toqquşmalar aradan qaldırılsın və bu ünsiyyət nəticəsində Yerevanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi”.

Bununla belə, deputat ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun N.Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın danışıqlarda ciddi güzəştlərə getməli olduğu barədə açıqlamasını şərh etməkdən imtina edib.

1news.az

 

Paylaş:
407

Son xəbərlər

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19
Bütün xəbərlər