Erməni deputat Paşinyanın proqramını sərt tənqid etdi: bu, məsuliyyətdən qaçmaqdır | 1news.az | Xəbərlər
Ermənistan

Erməni deputat Paşinyanın proqramını sərt tənqid etdi: bu, məsuliyyətdən qaçmaqdır

11:13 - 14 / 02 / 2019
Erməni deputat Paşinyanın proqramını sərt tənqid etdi: bu, məsuliyyətdən qaçmaqdır

Hökumətin proqramında emosiyalardan başqa konkret heç nə yoxdur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətin fəaliyyət proqramının müzakirəsi zamanı “İşıqlı Ermənistan” partiyasının fraksiya katibi Qevorq Qorqisyan bildirib.

Onun sözlərinə görə, baş nazir vəzifəli şəxslərin davranış modelini dəyişdirməyin vacib olduğunu təsdiqləyir:

"Lakin siz Karen Karapetyanın kabinetinin analoquna yaxın bir layihə təqdim etmisiniz. Ötən il siz bu proqramı sərt tənqid edib, onu "tost" adlandırırdınız.

Əvvəl super baş nazirlik institunun ləğvinin zəruriliyindən danışırdınız, ancaq indi bunu təxirə salırsınız", - deyə Qorqisyan Paşinyana müraciət edib.

O, Milli Təhlükəsizlik xidməti ilə Dövlət Gəlirləri komitəsinin birbaşa hökumətə tabe olduğunu bildirib. Eyni zamanda, Diaspor nazirliyi ləğv edilir və baş nazirin yanında səlahiyyətli orqan yaradılır, bu da super baş nazir sisteminin dərinləşməsidir.

Qorqisyan əlavə edib ki, proqramda yalnız 11 rəqəmsal göstərici var, "mütləq" ifadəsi ilə 95 dəfə, "zəruri" sözü ilə 33 dəfə qarşılaşırsan:

"Bir ildən sonra soruşsaq,  nə yerinə yetirilib?, cavab verəcəksiniz ki, mütləq iki ildən sonra, yenə də "mütləq”, beş ildən sonra isə “indi seçkilərdir, xalq  tərəfindən qərar veriləcək", deyiləcək. Çıxışlardan və təqdim olunan proqramdan bu nəticəyə gəlmək olar: hər şey məsuliyyətdən qaçmaq üçün edilib”.

P.S.

Paylaş:
646

Son xəbərlər

Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16
Bütün xəbərlər