Ermənistanda məhkumlar kütləvi aclığa başlayır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda məhkumlar kütləvi aclığa başlayır

10:28 - 19 / 02 / 2019
Ermənistanda məhkumlar kütləvi aclığa başlayır

Ermənistanda 100-dən çox məhkum aclıq aksiyasına başlayır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə hökumət binası qarşısında keçirilən etiraz aksiyasında onların yaxınları bildiriblər.

Aksiya iştirakçıları baş nazilrə görüş tələb ediblər.

Məhkum Andranik Xaçatryanın qardaşı deyib: "Əgər hakimiyyət demokratik olduğunu deyirsə, bizimlə  görüşməlidirlər".

Nümayişçilər bildiriblər ki, məhbuslar müsbət cavab gözləyirlər, əks halda aclıq aksiyasına başlayacaqlar: 

"100 nəfərdən çox məhbus aclıq aksiyası keçirmək qərarına gəlib, bu, bütün respublika üçün utanc deməkdir, ona görə də məsələyə ciddi yanaşma lazımdır".

Onlar vaxtından əvvəl azadetmə ilə bağlı prosedurun qohumlarına münasibətdə tətbiq edilmədiyindən şikayətləniblər.

İntizam tədbirlərinə əməl edən və ya pozuntulara yol verməyən məhkumlar bir neçə dəfə şərti azadlığa buraxılmaqla bağlı müraciət ediblər, lakin əsaslı səbəb olmadan onlara imtina cavabı verilir. Bu məsələ bir neçə dəfə qaldırılıb, amma həllini tapmayıb.

Etiraz aksiyasının iştirakçıları bunun rədd edilməsinin səbəblərini bilmək istədiklərini vurğulayıblar.

P.S.

Paylaş:
480

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər