Ermənistanda polis etirazçılara güc tətbiq edib, təxribat törədib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda polis etirazçılara güc tətbiq edib, təxribat törədib

12:34 - 18 / 07 / 2019
Ermənistanda polis etirazçılara güc tətbiq edib, təxribat törədib

Ermənistanın İcəvan rayonunda polis etirazçılara qarşı qanunsuz hərəkətlər edib. Həmçinin, saxlanılan şəxslərin sayı rəsmi açıqlanan rəqəmlərdən daha çoxdur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə İcəvanda qarşıdurma zamanı saxlanılan şəxslərin yaxın qohumları bildiriblər.

Onlar hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təxribata əl atıldığını da bəyan ediblər.

"Mülki geyimli polislər evimizə basqın edərək və güc tətbiq etməklə oğlumu demək olar ki,  çılpaq vəziyyətdə, tək alt paltarı ilə apardılar”, deyə qadınlardan biri deyib.

Saxlanılan etirazçıların valideynləri övladlarının harada olduğunu bilmədiklərini deyiblər. Onların sözlərinə görə, saxlanılan bütün etirazçıların ağacların qanunsuz kəsilməsini davam etdirməyi tələb etməsinə dair yayılan məlumatlar yanlışdır:

"Biz ağacın quru budaqları və kötüklərini toplamağa imkan verən sənədləri təqdim etmələrini xahiş etdik".

Aksiya iştirakçıları, həmçinin polis tərəfindən onların bədənlərinə yetirilmiş xəsarətləri, qançırları, sıyrıntıları  nümayiş etdiriblər. Onlar bildiriblər ki, xəsarət alanların sayı daha çoxdur, lakin həkimə hər kəs müraciət etməyib.

Bu gün səhərdən İcəvan polis idarəsinin binası qarşısına yığışan qadınlar bildiriblər ki, aksiya zamanı polisə daş atalnlar mülki geyimdə polis məmurlarının özləri olub.


Xatırladaq ki, dünəndan başlayaraq bir qrup şəxs Gürcüstan ərazisinə gedən dövlətlərarası əhəmiyyət kəsb edən yolu bağlayıblar. Onlar ağacların kəsilməsinə qoyulan qadağaya etiraz ediblər.

P.Sultanova

 

 

Paylaş:
770

Son xəbərlər

ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21
Bütün xəbərlər