Ermənistanda siyasi qüvvələr Paşinyana qarşı birləşir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda siyasi qüvvələr Paşinyana qarşı birləşir

10:23 - 13 / 12 / 2018
Ermənistanda siyasi qüvvələr Paşinyana qarşı birləşir

Yaxın günlərdə ERmənistanda parlamentdən kənar siyasi qüvvələr müxalifət blokunun yaradılması təşəbbüsü ilə çıxış edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan bildirib. Onun sözlərinə görə, bir sıra partiyalar arasında artıq danışıqlar aparılır.

“Hökumət istəsə, biz onlara kömək edəcəyik, əks halda, biz müxalifətdə olacağıq" deyən Sarkisyan, yeni seçilən parlamentdə müxalifət olmadığını əlavə edib.

Onun sözlərinə görə, "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan nə qədər müxalifət olacaqlarını təkrar etməsinə baxmayaraq,  sual yaranır ki, onlar bunu necə edəcəklər:

“İdeologiya və proqramları baxımından onlar müxalifət deyillər,  buna görə də ən yaxşı halda bir növ nəzarət edə bilərlər".

Yaradılacaq bloka daxil olacaq siyasi qüvvələrə gəlincə, Sarkisyan bildirib ki,  tərəflər arasında hər bir siyasi qüvvənin ayrı-ayrılıqda bəyanatla çıxış  edəcəyi barədə razılıq var:

"Milli özünüidarəetmə" birliyinin lideri Paruyr Hayrikyan artıq müvafiq bəyanatla çıxış edib. Təşəbbüs qrupunda 3-4 siyasi qüvvə var. Gələcəkdə daha bir neçəsi də qoşulacaq ".

Xatırladaq ki, dekabrın 9-da Ermənistanda erkən parlament seçkiləri keçirilib. Parlamnentə üç siyasi qüvvə- Nikol Paşinyanın “Mənim addımım” bloku(70.43%), "Çiçəklənən Ermənistan" partiyası (8.27%) və "Parlaq Ermənistan" partiyası (6.37%) daxil olub.

P.Sultanova

Paylaş:
652

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər