1news.az

Ermənistan Rusiyadan 12 döyüş təyyarəsi almağı planlaşdırır

18 Fevral saat 11:07 ~ 1 dəqiqəlik oxu 216
Ermənistan Rusiyadan 12 döyüş təyyarəsi almağı planlaşdırır

Ermənistan Rusiyadan 4 Su-30SM döyüş təyyarəsini 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində almağı planlaşdırır.

1news.az RİA Novostiyə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan IDEX-2019 İDEX-2019 Beynəlxalq Müdafiə Sərgisində bildirib.

Onun sözlərinə görə, ümumilikdə İrəvan 12 belə hərbi vasitənin alınmasını istəyir.

"Biz Su-30SM-in növbəti partiyasının tədarükü üzrə danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə qədər tez hazır olacağından asılıdır- burda idxal və sair məsələlər var. Biz bu il ilk partiyanı bu il, ən geci növbəti ilin əvvəlində almağı planlaşdırırıq", Tonayan əlavə edib.

O, ümumilikdə bir eskadriliyanın-bir neçə təyyarədən ibarət hərbi aviasiya (12 döyüş təyyrəsinin) alınmasından söhbət getdiyini deyib.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan "RİA Novosti" yə məlumat verib ki, İrəvan Rusiyadan dörd Su-30 SM döyüşçüsü almaq niyyətindədir.

P.S.

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net