Əsgərlərin konservalarını oğurlayan Qriqoryanın həyat yoldaşı ifşa edildi
Həbs edilmiş Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı əsgərlər üçün nəzərdə tutulmuş təxminən 3 min banka konservi gizlətməyə çalışıb.
1news.az “aysor.am”a istinadla xəbər verir ki, erməni polisi üzərlərində "satış üçün deyil, əsgər payıdır" etiketli konservalarla dolu qutular yüklənmiş maşınlar aşkar edib.
Belə ki, Ermənistan polisinə İrəvan şəhərindəki Soqomon Tarontsi küçəsində konservləşdirilmiş yeməklərlə yüklənmiş "UAZ" və "QAZ" markalı avtomobillərin park edilməsi barədə məlumat daxil olub. Bu yük avtomobillərinin sürücüləri “Yerkrapa” könüllüləri birliyinin üzvləri saxlanılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıblar.
Avtomobillərə baxış zamanı "satış üçün deyil, əsgər payıdır” etiketli 2980 ət konservi aşkarlanıb.
Sürücülərin sözlərinə görə, həmin konserva qutuları həbs edilmiş Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryanın göstərişi ilə "Yerkrap”ın binasından digər ünvana aparılırmış.
Hazırda faktla bağlı araşdırma aparılır.
P.Sultanova