Faiq Mütəllimov: Hədəfimiz Xəzəri ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevirməkdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Faiq Mütəllimov: Hədəfimiz Xəzəri ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevirməkdir

13:36 - 15 / 08 / 2018
Faiq Mütəllimov: Hədəfimiz Xəzəri ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevirməkdir

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirləndiricilər kimi xaraterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır.

Təəssüflə qeyd etmək istərdik ki, 12 avqust “Xəzər günü” ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə bir daha aydın oldu ki, vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji təmizliyə riayət etmirlər. Aparılan müşahidələr onu deməyə əsas verir ki, iməcilik keçirilən ərazinin demək olar ki, 99%-i vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib. Yəni cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik mövcuddur ki, bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.

Hesab edirik ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bərabər, həm də ictimai fikirdə ekoloji pozuntulara qarşı tələbkarlıq və təbiətə qayğı anlayışları daha da dərinləşməlidir. Bu istiqamətdə nazirlik tərəfindən əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Sahil zonasında  fəaliyyət göstərən müəssisələrə və digər çirkləndirici subyektlərə  isə davamlı olaraq xəbərdarlıqlar edilir, fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulur.

Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması, gəmilərin istismarı prosesinin standartlara uyğun qurulması, tullantıların təhvili-təslimi zamanı şəffaflığın təmin olunması, utilizasiya prosesinin  düzgün təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət aparılır, birgə reydlər keçirilir. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilir.

Sevindirici haldir ki, çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib. Eyni zamanda başlanğıcdan ekoloji cəhətdən işini düzgün təşkil edən, ekoloji normalara riayət edən “AF Hotel”, “Sultan”, “Qara dəniz”, “Qaya” istirahət mərkəzlərinin fəaliyyəti təqdir olunmalıdır. Lakin bəzi obyektlərdə, məsələn, “Matros” və “Həyat” istirahət mərkəzlərində məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə olunmadığı müəyyən edilib. Qeyd edək ki, verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması qərara alınıb.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov

Paylaş:
617

Son xəbərlər

Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47
Bütün xəbərlər