FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub – FOTO

09:11 - 26 / 09 / 2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub – FOTO

Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qarşıladı.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü oldu.

Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirildi, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.

Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verildi.

Söhbət zamanı “Sıfır aclıq” Konsepsiyasının icra vəziyyəti ilə bağlı, həmçinin münaqişədən əziyyət çəkən ölkələrdə və Afrika ölkələrində aclığın aradan qaldırılması üçün mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Dünyada 870 milyon insanın hələ də aclıq və azqidalanmadan əziyyət çəkdiyi bir vaxtda ərzaq məhsullarının üçdəbir hissəsinin tullantıya getməsinin qəbuledilməz olduğu vurğulandı.

Sonra “Azərbaycan otağı”nın açılışı oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas otağın rəmzi açılışını bildirən lenti kəsdilər.

FAO ilə Azərbaycanın birgə layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün bütün şəraitin mövcud olduğunu deyən Laurent Tomas bildirdi ki, burada təşkilatın əməkdaşları ən müasir imkanlardan istifadə edə biləcəklər. “Otaqda ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın qədim mədəniyyətini əks etdirən əşyalar da var. Bu mənada otağın alov formalı divarları Odlar diyarını təcəssüm etdirir”, - deyən Laurent Tomas otaqda buta naxışını xatırladan dizaynı da qeyd etdi. İclas otaqlarından gözəl mənzərənin açıldığını, mədəni və bədii nöqteyi-nəzərdən otağın çox cəlbedici olmaqla yanaşı, həm də çox praktiki olduğunu söyləyən Laurent Tomas vurğuladı ki, otaq BMT binaları üçün tətbiq olunan ən yüksək təhlükəsizlik tədbirlərinə cavab verir. Laurent Tomas FAO-nun baş direktoru adından təşkilatın öz əhəmiyyətli məqsədlərinə çatması istiqamətində səmərəli fəaliyyət göstərməsi üçün bu faydalı töhfəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA dedi:

- Hörmətli baş direktorun müavini Laurent Tomas.

Yaratdığınız bu fürsətə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Biz açılış lentini kəsəndə mən bunun yeni və xüsusi bir başlanğıc olduğunu düşündüm. İnanıram ki, bu açılış FAO ilə münasibətlərimizin yeni mərhələyə qədəm qoymasını təcəssüm edir. FAO-nun baş ofisində bir parça Azərbaycanın olması, burada Azərbaycanın mədəniyyətinin və milli ruhunun əks etdirilməsi, şübhəsiz, buraya gələn insanları bizim gözəl ölkəmizi, qonaqpərvər xalqımızı ziyarət etməyə sövq edəcək. Əminəm ki, bu ofis dünyamıza çoxlu müsbət dəyişikliklər gətirəcəkdir. Çox sağ olun.

X X X

Məlumat verildi ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romadakı baş ofisində “Azərbaycan otağı” Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təsis edilib. FAO-nun ofisində müxtəlif ölkələrin otaqları mövcuddur. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılıb. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən, xalçalarından istifadə olunub. Qədim tariximizin, zəngin mədəni irsimizin, ümumilikdə, ölkəmizin təbliği baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi də var.

Xatırladaq ki, Leyla Əliyeva humanitar və ekologiya sahəsindəki fəaliyyətinə görə FAO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.

Sonda xatirə şəkli çəkdirildi.

S.Xankişiyeva

 

Paylaş:
468

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər