Fərhad Məmmədov: Metsamor AES-in əsas təhlükəsi Paşinyan kimi alverçinin rəhbərlik etdiyi ölkənin ərasizində yerləşməsidir | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: Metsamor AES-in əsas təhlükəsi Paşinyan kimi alverçinin rəhbərlik etdiyi ölkənin ərasizində yerləşməsidir

15:26 - 26 / 07 / 2018
Fərhad Məmmədov: Metsamor AES-in əsas təhlükəsi Paşinyan kimi alverçinin rəhbərlik etdiyi ölkənin ərasizində yerləşməsidir

Ermənistan yenə də istismar müddəti bitmiş Metsamor AES-i işlətməsilə bağlı hədələr yağdırır.

“Ermənistan Metsamor atom elektrik stansiyasını (AES) bağlamaq niyyətində deyil. Hazırda atom elektrik stansiyasının müddətini uzatmaq üçün çalışırlar. Ermənistanın nüvə enerjisinə malik olması çox vacibdir və biz indi atom elektrik stansiyasının istismarını 2040-cı ilə qədər uzatmağa ümid edirik, buna qədər isə yeni bir atom elektrik stansiyası qurmağa çalışacağıq”, – bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Exo Moskva”ya verdiyi müsahibəsində deyib.

“Metsamor AES məsələsi Ermənistan-Rusiya, Ermənistan-Avropa İttifaqı münasibətlərində çoxdandır ki, var. Hazırda AES-in istismar müddəti bitib və stansiya var gücü ilə işləmir. Eləcə də Metsamor istər Ermənistan, istərsə də region üçün təhlükə mənbəyidir”, - bu fikirləri 1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

“Bir neçə il öncə neftin qiyməti aşağı olanda, belə bir fikir var idi ki, atom elektrik stansiyasını təmir edilərək, təhlükəsiz fəaliyyət göstərsin. Məlum olduğu kimi, iqtisadi böhran vəziyyətində dörd ölkə ilə sərhədi olan və iki tərəfdən bağlı olan bir ölkənin atom energetika sahəsinə investisiya yatırmaq demək olar ki, əhəmiyyətsizdir”, - deyə F.Məmmədov bildirib.

SAM rəhbəri qeyd edib ki, Paşinyanın hərəkətləri istənilən hiylə və yalanlarla investisiya yatırmağa çalışan alverçini xatırladır:

“Əminəm, o, Avropada da Metsamor AES-lə bağlı danışıqlar aparır ki, Avropa tərəfindən maliyyə yatırımı alsın. Orada alınmayanda Rusiyadan kömək istəməyə başlayır. Bu mənada Metasmor AES-in təhlükəsi Nikol Paşinyan kimi yalancı və alverçinin rəhbərlik etdiyi ölkənin ərasizində yerləşməsidir”.

Məlumat üçün bildirək ki, “Metsamor” AES-in tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı  ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.

Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

 “Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

Ermənistan “Metsamor” AES-i bağlamaq niyyətində deyil

Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan əslində nüvə terrorizmi və radiasiya riski ilə də üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, “Metsamor” AES-in radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapıb. İşğal altında olan Azərbaycan əraziləri qadağan olunan nüvə məhsullarının tranzit daşınmasında da böyük risklər yaradır. Bundan başqa, artıq istismar müddəti keçmiş “Metsamor” AES-in güclü seysmik ərazidə yerləşməsi təhlükə riskini daha da artırır.

Ən son məlumatlara görə, Ermənistan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaq niyyətindədir və bu barədə hökumət qərar qəbul edib. Xüsusi olaraq qeyd etməliyik ki, “Metsamor” AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür.

Qeyd edək ki, “Metsamor” AES-in region üçün təhlükə mənbəyi olmasını ermənilərin özləri də etiraf edirlər. Misal üçün, bu ölkənin “Ekolur” təşkilatı Ermənistanın Səhiyyə və Fövqəladə Hallar nazirliklərinə müraciət edərək yaranmış böhranlı vəziyətdən çıxış yolu tapmaq üçün ölkə rəhbərliyini hərəkətə keçməyə çağırıblar.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1684

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər