1news.az

Fərhad Məmmədov: Paşinyanın Panikdə baş verənlərə reaksiyası əsassızdır  

20 İyul saat 11:13 ~ 2 dəqiqəlik oxu 943
Fərhad Məmmədov: Paşinyanın Panikdə baş verənlərə reaksiyası əsassızdır  

Baş nazir Nikol Paşinyanın erməni kəndi Panikdə rus hərbçilərin iştirakı ilə baş verən insidenti “təxribat” adlandırması Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vura bilər.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

İnsidenti şərh edən SAM rəhbəri bildirib ki, Rusiya ilə Ermənistan arasında Ermənistan ərazisində rus hərbi bazasının fəaliyyəti ilə bağlı razılaşmalardan çıxış etmək lazımdır:

“Rusiya hərbi qurumları tərəfindən səsləndirilən rəsmi mövqelərdə qeyd olunub ki, bir sıra hərbçinin təlim zamanı hərbi maşınlarla erməni kəndinə girərək atəş açması təlimin bir hissəsidir. Ermənistanın Müdafiə Nazirliyi bir qədər gec də olsa, quruma hərbi təlimlərlə bağlı bildirilmişdi, lakin yerli sakinlər bundan xəbərsiz olub”.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yayılan video və şərhlərdən aydın görünür ki, rus hərbçilərin kəndə soxulması və davranışları təlim çərçivəsindən çıxıb.

SAM rəhbəri baş nazir Nikol Paşinyanın insidentlər bağlı reaksiyasını qiymətləndirib:

“Paşinyan baş verənləri təxribat adlandırıb. Yəni bunlar qəsdən törədilib. “Səhv” və “təxribat” sözləri ayrı-ayrı anlayışlardır. “Təxribat” – ciddi ziyan vurmaq məqsədilə qəsdən törədilmiş hadisədir. Hazırki vəziyyətdə bu, erməni nazirin hesab etdiyi kimi, Rusiya-Ermənistan münasibətlərinə kölgə salır”.

F.Məmmədov Ermənistanın baş naziri ilə bu ölkədə Aİ səfirinin söz davasını nümumə gətirib:

“Ermənistanın baş nazirinin ölkədəki məxməri inqilabın baş verməsi, bundan sonra Aİ-nin indiyə qədər verdiyi maliyyə yardımından daha da artırması, ABŞ səfirinə Ştatların Ermənistana sərmayə yatırımın artırması – bütün bunlar hazırki hökumətin tələsik addım atmasını, ölkənin xarici siyasəti üçün arzulolunmaz nəticələrə gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, ermənilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi kimi, xarici siyasət kursu məsələsində də özlərini dalana salıblar:

“Ermənistanın hazırki rəhbərliyinin xarici siyasətlə bağlı etdiyi bütün addımlar Serj Sarkisyanın dövründəki addımlarla demək olar ki, fərqlənmir. Ermənilər əvəz ödəməədən çox şey istəyir. Bu, rasional düşüncəli insanın dərk etmədiyi erməni məntiqidir. Bu cür şəraitdə Paşinyanın son bəyanatları, kəskin fikirləri öz nəticəsini verəcək”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Panikdə baş verən insidenti erməni-rus dost münasibətlərinin əksinə istiqamətlənmiş təxribat adlandırıb və günahkarların tapılıb cəzalandırılmasını bildirib.

Daha əvvəl KİV yazıb ki, iyulun 17-də Panik kəndində 102 saylı hərbi bazanın rus hərbçilərinin iştirakı ilə atışma baş verib. Sakinlər təlimdən xəbərsiz olduqları üçün hadisədən qorxublar.

Tərcümə: S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net