Football Talks-un ilk buraxılışı: MFL-in ötənilki çempionu olmuş kapitan hazırki favoritlər barədə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Football Talks-un ilk buraxılışı: MFL-in ötənilki çempionu olmuş kapitan hazırki favoritlər barədə – FOTO – VİDEO

13:30 - 18 / 11 / 2017
Football Talks-un ilk buraxılışı: MFL-in ötənilki çempionu olmuş kapitan hazırki favoritlər barədə – FOTO – VİDEO

1News.tv MFL TV ilə birgə Football Talks adlı yeni video-layihəyə başlayıb.

Verilişin aparıcıları – Emil Nəsirov və Rəfiqə Əziz Milli Çempionatda, dünya futbolunda, eləcə də MFL-də baş verən ən aktual məsələləri müzakirə etmək üçün studiyaya müxtəlif qonaqlar dəvət edirlər.

Buraxılışın ilk qonağı – ötən mövsümdə mini futbol liqasının (MFL) çempionu olmuş “GSP Logistics” komandasının kapitanı Tamerlan İbrahimovdur.

MFL oyunçularının “kapitanların kapitanı” adlandırdıqları Tamerlanla söhbət zamanı komandanın əldə etdiyi uğurlardan bəhs edilib. Eləcə də o, hazırki mövsümün favoritləri barədə də öz fikirlərini bölüşüb.

Football Talks video-layihəsinin ilk buraxılışını oxucuların diqqətinə çatdırırıq:

Xatırladaq ki, Football Talks video-layihəsi 1news.azMFL-in Facebook səhifələri vasitəsilə canlı yayımlanır. Eləcə də MFL saytıMFL TV-nin Youtube kanalında yerləşdirilir.

S.Xankişiyeva

 

Paylaş:
943

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər