Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
Fransa özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır. Özlərini onun təmsilçiləri kimi təqdim edənlərlə Fransa heç bir əlaqə saxlamır.
Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə və davamlı həlli üçün çalışır və özünün qərəzsiz vəzifəsinə tam riayət etməklə vasitəçilik missiyasını yerinə yetirir”.
409