Fransanın həmsədrlik missiyasına xəyanəti: separatçılığı necə təşviq edir? | 1news.az | Xəbərlər
Siyasət

Fransanın həmsədrlik missiyasına xəyanəti: separatçılığı necə təşviq edir?

16:03 - 16 / 11 / 2018
Fransanın həmsədrlik missiyasına xəyanəti: separatçılığı necə təşviq edir?

Fransa ənənəvi olaraq ermənipərəst siyasətini davam etdirir. Son günlər bu ölkə tərəfindən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimə yönəlik qanunsuz addımları rəsmi Bakını Parislə münasibətləri yenidən nəzərdən keçirməyə vadar edir.

Yaxın bir neçə ayda Fransa bələdiyyə sədrləri və şəhərlərinin merləri Qarabağa qanunsuz səfərlər edib, işğaldakı Azərbaycan regionları ilə Fransanın bəzi regionları arasında “qardaşlaşma” sazişlər”i imzalanıb. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür, əvəzində isə separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri təşkil edilir. Separtçılığı təşviq edən ölkə isə Avropa İttifaqının əsas ölkəsi, ATƏT-in Minsk qrupunun həmsədri Fransadır. Sadalanan faktlar Fransanın həmsədrlik missiyasını nə dərəcədə “tərəfsiz”, “ədalətli” şəkildə həyata keçirdiyini bir daha süsbut edir.

Başqa bir məqam: oktyabr ayında Fransa prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.

Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar.

Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa Dağlıq Qarabağ Respublikası”nı tanımır deyə bəyanatı tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir.

Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur.

Azərbaycan XİN məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış  qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir: 

"Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.

Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin  BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır.

Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcəkdir. 

Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir". 

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ilə bağlı  bildirib ki, Fransa Bako Saakyanın qeyri-qanuni səfərinə göz yummaqla ikili standartlara yol verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır.

Deputat qeyd edib ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfəri həmin ölkənin qanunlarına və beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi, üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir. Ona görə də rəsmi Paris Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standartlara yol verir, bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmə təşviq etmiş olur.

“Ümumiyyətlə, təəssüf edilməli haldır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirib. Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyan kimi terrorçu bu Avropa ölkəsində sərbəst şəkildə görüşlər keçirir, ianələr toplayır. Bu, yolverilməzdir”.

Deputat qeyd edib ki, tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır:

“Lazım gələrsə, ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də nəzərdən keçirilməlidir. Əks təqdirdə, bu cür gizli dəstəklər gələcəkdə də açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər. Bu da nəinki Azərbaycanda, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və digər Avropa ölkələrində etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu isə bütün dünyada yeni çaxnaşmanın yaranması deməkdir. Bu səbəbdən Avropa İttifaqına üzv olan dövlətlər də daxil olmaqla, beynəlxalq təşkilatlar Fransanın belə qərəzli mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur”.

P.Sultanova

 

Paylaş:
381

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34
Bütün xəbərlər