Futbol tarixinin ən böyük təyyarə qəzaları – SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Futbol tarixinin ən böyük təyyarə qəzaları – SİYAHI

09:53 - 30 / 10 / 2018
Futbol tarixinin ən böyük təyyarə qəzaları – SİYAHI

Xəbər verildiyi kimi, İngiltərənin “Lester Siti” klubunun prezidenti Viçay Srivadhanaprabhanın helikopter qəzasında öldüyü təsdiqlənib.

1news.az-ın Oxu.az-a istinadən məlumatına görə, 27 oktyabrda baş vermiş qəzada beş nəfər dünyasını dəyişib.

Futbolda bu ilk belə qəza deyil…

4 may 1949. Dörd dəfə İtaliya çempionu olmuş “Torino” komandasını aparan təyyarə qəzaya uğrayıb. Qəzada 22 nəfər dünyasını dəyişdi. Bunlardan 18-i komandanın futbolçuları idi. Bundan sonra “Yuventus”un əzəli rəqibi özünə gələ bilməyərək İtaliyada ciddi uğurlara imza ata bilmədi.

6 fevral 1958. “Mançester Yunayted”in təyyarəsi Çempionlar Kuboku matçı üçün getdiyi Münhen şəhərində qəzaya düşüb. Həmin qəzada səkkiz futbolçu dünyasını dəyişib. Ölən futbolçuların yaş ortalaması gənclər olduğu üçün onlar şotlandiyalı baş məşqçi “Met Basbinin körpələri” adlandırıldılar.

16 iyul 1960. Olimpiada üçün Danimarka millisinin səkkiz futbolçusunu aparan təyyarə qəzaya düşüb. Hadisə Danimarka və İsveç arasındakı ərazidə baş verib. Hadisə nəticəsində bütün futbolçular və komandanın digər üç üzvü ölüb. Yalnız nəzarəti itirən pilot sağ qaldı. Danimarka isə Olimpiadada gümüş medal qazandı.

3 aprel 1961. Çili I dəstə komandalarından “Qrin Kros”u aparan təyyarə Las Lastimas dağlarına çarpılıb. Nəticədə səkkiz futbolçu və məşqçilərdən iki nəfər olmaqla on nəfər dünyasını dəyişib.

26 sentyabr 1969. “Stronqest” adlı Boliviya komandasını daşıyan təyyarə qəza etdi. Qəzada 16 oyunçu, klub rəhbərliyindən iki nəfər və baş məşqçi Eustakio Ortunyo vəfat etdi.

8 dekabr 1987. Perunun I divizion komandası olan “Alyansa”nın paytaxt Limada keçirdiyi qəzada dünyasını itirənlər arasında baş məşqçi Markos Kalderon və 16 futbolçu olub.

28 iyun 1993. Zambiya millisi Qabonun paytaxtı Librevildə qəzaya uğrayıb. 18 futbolçu və klub rəhbərliyindən 5 nəfər qəzadan sağ çıxmayıb.

28 noyabr 2016. Bu qəza hələ ki XXI əsrin ən acı təyyarə qəzası hesab edilir. Braziliyanın “Şapekoense” klubu Boliviyadan Kolumbiyanın “Atletiko Nasional” komandası ilə Sudamerikana Kubokunun finalına gedir. Lakin Kolumbiyanın Medelyin şəhəri yaxınlığında qəza baş verir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının üzvləri) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı.

Ölənlər arasında 2014-cü ildə “Xəzər Lənkəran”da çıxış etmiş mərkəz müdafiəçisi Vilian Tieqo da vardı. Qəzadan yalnız altı nəfər xilas ola bildi. Danilo qəza nəticəsində sağ tapılsa da, o sonradan xəstəxanada dünyasını dəyişdi. Sağ qalanlardan ikisi hazırda da bu komandada çıxış edir.

1news.az

Paylaş:
1054

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər