Galaxy Tab S5e – Samsung-dan yeni ultra incə planşet | 1news.az | Xəbərlər
İqtisadiyyat

Galaxy Tab S5e – Samsung-dan yeni ultra incə planşet

10:02 - 17 / 05 / 2019
Galaxy Tab S5e – Samsung-dan yeni ultra incə planşet

2019-cu ilin fevral ayı Samsung şirkətinin təqdim etdiyi bir sıra yeni məhsularla yadda qaldı.

Buna misal olaraq Galaxy S10 məhsul xəttini, sirlərlə dolu Glaxy Fold smartonunu və  Galaxy Tab S5e planşet kompüterini qeyd etmək olar.Yeni planşet  incə korpusun və multifunksionallığın təcəssümüdür. 5.5 mm eni və 400 qr çəkisi olan Galaxy Tab S5e-nin istifadəsi istənilən şəraitdə rahat və komfortludur. Cihazın korpusu, bucaqları səliqəli şəkildə dəyirmiləşdirilərək, klassik dördbucaq formasında alimundən icra edilmişdir.  

Yeni planşet 2560×1600 piksel icazəli 10.5” Super AMOLED displey ilə təchiz olunmuşdur. Galaxy Tab S5e-də ön korpusun 82%-ni displey təşkil etdiyindən, planşetin çərçivələri nəzərə çarpacaq dərəcədə incəlib.

Planşet yeni One Ui interfeysi ilə təchiz olunub ki, bu interfeysin əsas məqsədi “geniş” ekranlar üzərində iş prosesinin sadələşdirilməsi və hərəkət ilə idarənin təkmilləşdirilməsidir. İnterfeys ekranı iki işləmə zonasına bölərək geniş diaqonallı ekrandan istifadə və naviqasiyanı asanlaşdırır. Burada displeyin yuxarı hissəsi kontenti gözdən keçirmək üçün, aşağı hissəsi isə smartfondan istifadə etmək üçün nəzərdə tutulub.

Galaxy Tab S5e 4QB RAM və microSD  ilə 512 QB qədər artırıla bilən 64QB daxili yaddaş ilə təchiz olunub.

Planşetdə f/2.0 işıq güclü, 26 mm fokus məsafəli və 13PM-lik əsas kamera quraşdırılıb. Burada avto fokuslama, portretlərin çəkimi zamanı arxa fonun yayılması üçün  nəzərdə tutulmuş “Life focus” və kadrda yerləşən obyektləri avtomatik təyin edib tənzimləyən optimizasiya mövcuddur. Kamera UHD keyfiyyətli video çəkimini dəstəkləyir, bununla yanaşı həm də EIS – elektron təsvir stabilizasiyası ilə təchiz olunub. Belə ki, bu texnologiya sayəsində kameranın və əks etdirilən obyektlərin hərəkətini kompensasiya etməklə daha aydın və üstün keyfiyyətli kadrlar əldə etmək mümkündür. Frontal kamera həmçinin fon yayılmasını tənzimləyə bilən 8 MP-lik obyektiv ilə təchiz olunub.

Planşetdə barmaq izi skaneri nəzərdə tutulub, belə ki, daktiloskopik skaner korpusun yan hissəsində hamar düymə üzərində yerləşdirilib. Həmçinin, Galaxy Tab S5e şəxsi məlumatlarınızın yüksək dərəcəli mühafizəsini təmin edən “Face Recognition” funksiyasını da dəstəkləyir.

Cihazın kiçik ölçülərinə rəğmən, Samsung yeniliyi dörd AKG dinamikindən ibarət olan stereo sistem ilə təchiz edib. Bundan əlavə, planşet Dolby Atmos həcmli səs texnologiyasını da dəstəkləyir.

Galaxy Tab S5e-ni POGO qoşulması vasitəsi ilə yükləmək mümkündür. Bu qoşulmanın maili konstruksiyası hətta akkumulyatorun dolum zamanı cihazdan rahat istifadəni təmin edir.

Yeni planşetin ultra incə korpusu və güclü içliyi sizi hər bir anda tələb olunanlarla təmin etməyə qadirdir, buna misal olaraq, film izləmək, işləmək və ya sevdiyiniz kitabı oxumaq istədiyinizdə sözsüz ki, Galaxy Tab S5e mütləq köməyinizə çatacaq.

Bir azdan satışa çıxacaq Galaxy Tab S5e planşet kompüteri haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
706

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər