1news.az

Gəncədə polis zabitinin qətlində şübhəli bilinən şəxslərdən biri tutularaq istintaqa təhvil verilib

11 İyul saat 19:00 bir dəqiqəlik oxu 58
Gəncədə polis zabitinin qətlində şübhəli bilinən şəxslərdən biri tutularaq istintaqa təhvil verilib

İyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından olan və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməyi ilə respublikanın hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net