“Gilan Holding”-dən KİV nümayəndələri üçün təlim | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gilan Holding”-dən KİV nümayəndələri üçün təlim

14:40 - 17 / 07 / 2019
“Gilan Holding”-dən KİV nümayəndələri üçün təlim

“Əkinçi” qəzetinin nəşrindən bu günə kimi dilimizin zənginliyini bütün dünyaya bəyan edən, Azərbaycanın böyük sərvəti və dəyəri olan milli mətbuatımız fəaliyyətinin 144 illiyini qeyd etməyə hazırlaşır.

1news.az-ın məlumatına görə, ölkədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsində dəstək göstərən “Gilan Holding”, proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramını təşkil edəcək.

Təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq. O, “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” kimi media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrində çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman, “Gilan Holding”-in dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.

20 və 21 iyul tarixlərində “Pullman” otelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq.

Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.

Tədbir barədə ətraflı məlumat və qeydiyyat üçün keçid: media.gilanholding.com

1news.az

Paylaş:
460

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər