Güc strukturlarında yeni təyinatlar: İlham Əliyev vacib sərəncamlar imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Güc strukturlarında yeni təyinatlar: İlham Əliyev vacib sərəncamlar imzalayıb

10:12 - 21 / 06 / 2019
Güc strukturlarında yeni təyinatlar: İlham Əliyev vacib sərəncamlar imzalayıb

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güc strukturlarında bir sıra vacib təyinatlar edib.

1news.az həmin məmurların bioqrafiyasını və təyinatları haqqında qısa məlumatı təqdim edir:

Prezident İlham Əliyev R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Digər sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Xatırladaq ki, Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində anadan olub. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov, 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1987-ci ildə Ramil Usubov Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov tərəfindən Naxçıvan MSSR-nın daxili işlər naziri vəzifəsinə təyin edildi. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan Ramil Usubov, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən 1993-cü ilə qədər isə həmin orqanın Kadrlar İdarəsinin şöbə rəisi olub.

Ramil Usubov 1993-cü il avqustun 11-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsinə təyin edildi. 1994-cü il aprelin 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncam ilə isə Ramil Usubov, Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsindən azad edildi və Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edildi.[3] Azərbaycanın sayca 7-ci daxili işlər naziri olan Ramil Usubov, bu postda 1993-cü ildən həmin vəzifəni icra edən Vaqif Novruzovu əvəzlədi.

2018-ci il iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubovun I dərəcəli Vətəni xidmətə görə ordeni ilə təltif edilməsi haqqında 263 nömrəli Sərəncam imzaladı.

2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncam ilə Şöhrət ordeni ilə təltif edildi.

Qeyd edək ki, Dövlət başçısının digər sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

* * *

Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilir.

Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan olub. Mədət Quliyevin babası Stalin repressiyaları zamanı qətlə yetirilib. 1965-ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə Gəncə şəhərində 8 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib.

1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan Mədət Quliyev, 1980-cı ildən 1982-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstanda yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olub.

1971-ci ildən idmanla məşğul olan Mədət Quliyev, 1976-1980-cı illərdə sambo üzrə Azərbaycan SSR yığmasının heyətində çıxış edib və bir-sıra yarışlarda uğurlar qazanıb. Karate üzrə III dan qara Kəmərə sahib olan Mədət Quliyev, 1979-cu ildə SSRİ idman ustası normativini yerinə yetirmişdir.

* * *

Prezident İlham Əliyev Vilayət Süleyman oğlu Eyvazovun Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

V.Eyvazov bundan əvvəl daxili işlər nazirinin birinci müavini vəzifəsini icra edib.

Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

* * *

Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, bu vəzifədə Mədət Quliyevi əvəzləyib.

Qeyd edək ki, Ə.Nağıyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

S.Xankişiyeva

 

 

Paylaş:
1003

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər