Güclü külək dayanacağın damını uçurdu – BAKIDA
Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, dayanacaq məntəqəsinin damı uçub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.
"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".
“WhatsApp”da yalan məlumat yayanlar axtarılır
Səhiyyə Nazirliyi küləklə donuz qripinin yayılması məlumatını cavablandırdı
S.Xankişiyeva
431