Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb - FOTO

11:35 - 20 / 04 / 2019
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb - FOTO

AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA agentliyinin ev sahibliyi ilə Hanoyda keçirilən Asiya və Sakit Okean İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasının növbəti sessiyaları keçirilib.

Təşkilatın baş katibi Vüqar Seyidov görülən işlər və toplantının gündəliyi barədə məlumat verib.

Sonra çıxış edən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclasda müzakirə edilən mövzulardan danışaraq hazırda xəbər agentlikləri qarşısında ciddi çağırışların dayandığını qeyd edib. "Günümüzün ən aktual məsələsi isə feyk xəbərlərdir ki, informasiya agentlikləri üçün daha çox çətinliklər yarada bilər. Amma gündəlik işimizdə əsaslandığımız jurnalistika ənənələri yalan və çaşdırıcı xəbərlərin qarşısında bir sipərdir. OANA-da birləşən xəbər agentliklərinin hamısı çoxillik, hətta bir əsrə yaxın tarixə malik olan media qurumlarıdır. Ona görə də OANA həqiqətən ən etibarlı xəbər istehsalçılarının komandasıdır. Feyk xəbərlərin dövran etdiyi bir zamanda bu, bizim ən böyük üstünlüyümüz və ən böyük dəyərimizdir", - deyə OANA-nın prezidenti bildirib.

OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə diqqət çəkən Aslan Aslanov sədr olaraq AZƏRTAC-ın bu məqsədlə hazırladığı və ötən Tehran iclasında müzakirə olunan təkliflərin zərurətdən yarandığını bildirərək deyib: "Bu zərurətlər nədir? Bunlar OANA-nın Nizamnaməsinin daha da təkmilləşdirilməsi, artıq 7 yaşına qədəm qoyan, daha köhnə texnologiyalara əsaslanan veb-saytın yenilənməsi, qabaqcıl üzv agentliklərin təcrübəsindən yararlanmaq kimi təşəbbüslərdir. Ona görə də həm indi, həm də gələcəkdə bu istiqamətdə istənilən təşəbbüsləri ümumi maraqlar naminə dəstəkləməyə hazırıq".

Sonra baş katib Vüqar Seyidov İcraiyyə Komitəsinin işçi qrupu tərəfindən hazırlanan və təşkilatın Nizamnaməsinə daxil edilməsi üçün irəli sürülən təklifləri səsləndirib. Sənədə dəyişikliklər və əlavələr əsasən üzvlüyə qəbul qaydaları ilə bağlıdır. Təkliflər Komitə üzvləri tərəfindən razılıqla qəbul edilib və səsə qoyulması üçün bu ilin noyabrında Seulda keçiriləcək Baş Assambleyaya çıxarılmasına tövsiyə olunub.

İclasda Koreya Respublikasının Yonhap və Vyetnamın VNA agentliklərinin nümayəndələri feyk xəbərlərlə mübarizə, onların müəyyən edilməsi yolları ilə bağlı məruzələrlə çıxış ediblər.

Sonra OANA Mükəmməllik Mükafatı qalibinin müəyyən edilməsi üçün İcraiyyə Komitəsi üzvləri arasında keçirilən səsvermənin nəticələri açıqlanıb. Agentliklər müsabiqədə iştirak etmək üçün öz məhsullarını və layihələrini təqdim ediblər. Birinci yeri eyni sayda səs qazanan Sinxua və VNA agentlikləri tutub. İkinci yerdə TASS, üçüncü yerdə isə AZƏRTAC (Uşaq Bilik Portalı) qərarlaşıb.

Müsabiqədə ümumilikdə 12 agentlik öz layihəsi ilə iştirak edib.

Sonra Koreya Respublikasının Yonhap agentliyinin OANA-nın 17-ci Baş Assambleyasının Seulda keçirilməsi ilə bağlı görülən ilkin işlər barədə məlumatı təqdim edilib. Bolqarıstanın BTA agentliyinin rəsmisi isə bu ilin iyununda Sofiyada keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinin təşkilati məsələlərindən danışıb.

İclasın bağlanış mərasimində çıxış edən Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın sədri olaraq AZƏRTAC-ın BTA və Yonhap agentliklərinə təşkilati işlərdə kömək göstərdiyini və sədrlik başa çatanadək bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb. İclasın işində fəal iştiraklarına görə o, İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürünü bildirib.

Bununla da OANA İcraiyyə Komitəsinin Hanoyda keçirilən 44-cü iclası başa çatıb.

Paylaş:
1362

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər