Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir – FOTO – VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təlimlərin növbəti mərhələsində “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra edən HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv ediblər.
S.Xankişiyeva
472