Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

10:33 - 21 / 05 / 2019
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

Mayın 22-də Heydər Əliyev Mərkəzində tanınmış rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılacaq.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər seriyasının davamıdır.

Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox əsər - rəssamın yaradıcıq yolunu əks etdirən rəsmlər və heykəllər nümayiş olunacaq.

Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayır. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.

Seretelini dünya vətəndaşı adlandırmaq olar. Onun emalatxanaları doğulduğu Tbilisi şəhərində, Moskva, Paris və Nyu-Yorkda yerləşir. Bu dörd şəhərin hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb olub. Rəssamın sözlərinə görə, 1946-cı ildə Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən az sonra çəkdiyi “İnessa” (1968) əsərində Pikassonun təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir, bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaratmışdı.

Seretelinin yaradıcılığına rus rəssamları da təsir göstərib. Vasili Kandinskinin abstrakt ekspressionizmi və ya Kazimir Maleviçin suprematizmi Seretelinin tanınan qırmızı və göy boyalarının zəngin palitrasına transformasiya edib.

1news.az

 

Paylaş:
335

Son xəbərlər

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06
Bütün xəbərlər