Heydər Əliyevin siyasi vəsiyyətlərinin əsas aspektlərindən biri | 1news.az | Xəbərlər
Siyasət

Heydər Əliyevin siyasi vəsiyyətlərinin əsas aspektlərindən biri

11:22 - 14 / 12 / 2018
Heydər Əliyevin siyasi vəsiyyətlərinin əsas aspektlərindən biri

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayevin “Vestnik Kavkaz” üçün məqaləsini təqdim edirik.

Postsovet dövrünün yüksək hakimiyyət pərdələri arxasındakı siyasi sirlər arasında Vladimir Putinlə Heydər Əliyev münasibətləri hələ də aydınlaşdırılmamış xətti kimi qalır.  

Fabula

İyirmi ildən çoxdur ki, Rusiya ilə Azərbaycan arasında “incə” qurulmuş münasibətlərin müxtəlif bərhəsinin şahidi oluruq. Postsovet məkanı üçün unikal olan bu cür rəğbəti üç faktorla: elitaların ideoloji yaxınlığı – iki ölkənin ümumi konservatizmdə payı; birgə investisiya-iqtisadi və digər biznes layihələrinin inkişafı yolu ilə “qeyri-liberal demokratiya” modelinin qarşılıqlı dəstəklənməsi; ardıcıllığın saxlanılması – dünyəvilərin “rəngli inqilablar” potensialının artmasına çağırış fonunda xüsusi xidmət orqanlarının sıx qarşılıqlı təsiri və Cənubi və Şimali Qafqazın hərbiləşdirilmiş zirzəmi mühitindən gözlənilməyən islamçı hücumları kimi əsaslandırmaq olar. Dərhal qeyd edim ki, bu formul Qarabağ böhranının hüdudlarından kənarda çalışır.

Qurulmuş bu qaydalardan və ya elitalarası yüksək səviyyəli ünsiyyətin gizli “norma” modelinə əsaslanaraq son 20 ilin ikitərəfli münasibətlərinin mürəkkəblikləri özəl xarakter daşıyaraq qarşılıqlı etimadda böhrana çevrilmirdi. Digər tərəfdən də, İlham Əliyevin 2015-ci ildə Riqada Şərq Tərəfdaşlığı sammitində iştirakdan imtinası Moskva üçün inkişaf modelinin qorunmasının bir göstəricisi oldu. Lakin bununla yanaşı, Bakı Krım məsələsində “fikir bildirmədən” Kiyevlə həmrəy oldu.

Liderlər

Rusiya və Azərbaycan bürokratiyasının ümumi tarixi əsasları var. Söhbət idarəedənlər nəslindən gedir. İdarə etmənin və hakimiyyətin müxtəlif sferalarından, müxtəlif sovet respublikalarından olan bu insanlar bir dalğaya – 1980-ci illərdə Sovetlər Birliyinin iqtisadiyyatının və həyatın bütün sahələrində dərin müasirləşdirmə transformasiyasına köklənmişdilər. Belə liderlərdən biri də Heydər Əliyev idi. Bununla bağlı kifayət qədər yazılıb. Vladimir Putin isə Andropovun həyata keçməyən modernləşmə ideya ardıcıllarından idi.  Əslində bu təməl üzərində baxışların üst-üstə düşməsi fonunda Heydər Əliyevlə Putin arasında qarşılıqlı anlaşa yaranıb.

Həyatını kəşfiyyat və təhlükəsizlik sisteminə həsr etmiş insanları peşəkar qardaşlıqdan başqa, onların münasibətinin kökündə Putinin Heydər Əliyevə dərin və aşkar hörməti dayanır. Heydər Əliyev də bunu bilirdi. Ola bilsin ki, Heydər Əliyevin Putinə Azərbaycanla bağlı şifahi vəsiyyət də dayanırdı. Unutmayaq ki, Putin də öz sözünü tutur. Boris Yeltsindən ona qalan bütün “mirasa”, daxili siyasətin və iqtisadiyyatın balansın saxlanılması üçün bütün şəxsiyyətlər Putin tərəfindən uzunmüddət toxunulmaz olaraq qorunub.

Putin və Əliyev münasibətlərinin kökündə konservatizmə sədaqət dayanır. Rusiya Prezidenti Administrasiyasının sabiq rəhbəri Serqey İvanovla onun həmkarı, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxışlarının tezislərini müqayisə edin. Hər ikisi dünyəvi dövlət fonunda mühafizəkarlıq dəyərlərinin əhəmiyyətini vurğulayır, hər ikisi dövlətin müxtəlif səviyyələrində suverenliyin qorunub saxlanmasının çətinliyindən danışır.

Yeri gəlmişkən, Ramiz Mehdiyev hər zaman Rusiyanın Təhlükəsizlik Şurasının rəhbrləri ilə əlaqə saxlayır. Bu, bir daha hər iki dövlətin elitalarının ideya platformasında yaxınlığını nümayiş etdirir. Bu mənada, yeni inqilabi dalğaların liderləri, kommunikasiya qaydalarını parçalayan Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimiləri çətin ki, Putin üçün yaxın həmfikir olsun.

Sistem

16 il keçməsinə baxmayaraq, mahiyyət etibarilə heç nə dəyişməyib. Vladimir Putin və İlham Əliyev əvvəlki kimi öz ölkələrinin idarəetmə istiqamətini seçiblər.  Azərbaycanla Rusiyanın bir təfədən xaricdən Qərb liberal layəhlərin təzyiqi kimi problemi var. Həmçinin digər tərəfdən də islamçı reaksiyaların xaosu da problem yaradır. Bu cür şəraitdə dayanmaq üçün elitaya cəmiyyətin dəstəklədiyi mənəvi səfərbərliyə ehtiyacı duyulur.

Əlbəttə, sovet-amerika “soyuq müharibə” qarşıdurması zamanında olduğu kimi, sanksiyalara cavab olaraq ticari-iqisadi münasibətləri ixtisara salmaq düzgün deyildi. Bu fonda Azərbaycanla Rusiya arasında həmrəylik yeni “Qərb alternativi” layihəsi kimi ictimai-texniki prinsiplərin modernləşməsi, ailə, dövlətə hörmət dəyərlərinin nəticəsi olaraq anlaşılır.

Formal olaraq Azərbaycan “Qoşulmama Hərəkatının” iştirakçısı olaraq bu cəmiyyətin fikirlərinə riayət edir. Təcrübədə isə Bakı dövlətlərlə kəskin münaqişəyə daxil olamayaraq bu və ya digər istiqamətin üstünlüklərindən sərfəli şəkildə dinamik çoxvektorluğu istifadə edir. Bu da Heydər Əliyevin xarici siyasətinin əsas aspektlərindən biridir.

Avrasiya İqtisadi Birliyinə qoşulmayaraq Azərbaycan inteqrasiya birləşməsinin daha sıx müttəfiqi oldu. Bakı mahiyyət etibarilə Rusiyadan sonra Astana və Minsk üçün postsovet dövlətləri arasında əsas tərəfdaşlardan biridir.

Əlbəttə ki, Rusiya ilə Azərbaycanın miqyası yumşaq desək, müqayisəedilməzdir. Beynəlxalq gündəmdə əhəmiyyətli fərq – sektoral və korporativ maraqlarda fikirayrılığı, Qarabağ münaqişəsinin həlli ilə bağlı fəsadlardı. Lakin Moskva ilə Bakının fikirayrılıqlarına baxmayaraq üst-üstə düşən baxışları da var. Bizim, Rusiyada və Azərbaycanda yaşayanların bəxti həqiqətən də gətirib ki, bunu Heydər Əliyev və Vladimir Putin kimi müasirlərimiz edib.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
460

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər