Hikmət Hacıyev: Azərbaycan strateji dialoq platforması rolunu oynayır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycan strateji dialoq platforması rolunu oynayır

15:29 - 12 / 12 / 2018
Hikmət Hacıyev: Azərbaycan strateji dialoq platforması rolunu oynayır

Dekabrın 12-də Bakı şəhərində NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilir.

2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun hərbi komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Bakıda görüşlər keçirilib.

1news.az xəbər verir ki, bu fikirləri  Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrottini qəbul edərkən qeyd olunduğu kimi, qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın, eyni zamanda, respublikamızın regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir”.

Şöbə müdiri qeyd edib ki, dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır, ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır. Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.

1news.az

 

Paylaş:
577

Son xəbərlər

Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00
Bütün xəbərlər