Hikmət Hacıyev: Azərbaycanın səbrinin həddi var | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycanın səbrinin həddi var

12:58 - 20 / 03 / 2019
Hikmət Hacıyev: Azərbaycanın səbrinin həddi var

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Anadolu agentliyinə müsahibə verib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə, problemin həlli yollarına, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına dair mühüm məsələlərdən bəhs olunub.

Azərbaycanın tərəfinin Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində danışıqlara həmişə hazır olduğunu diqqətə çatdıran Hikmət Hacıyev vurğulayıb ki, 25 ildir problemin ədalətli həllini gözləyən Azərbaycanın bu məsələdə səbrinin həddi var. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq öz qüvvələrini Azərbaycan işğal edilmiş torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsindəki hüquqdan istifadə etməyə məcbur olacaq. Bildirilib ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətləri qanunsuz olaraq istismar etməkdədir. Bu yolverilməz halın qarşısı alınmalıdır.

Azərbaycan xalqının sülhə hazır olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki, sülh üçün əvvəlcə ədaləti bərpa etmək lazımdır. Bunun üçün, ilk növbədə, işğal altındakı Azərbaycan torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərə sülh şəraitində yaşmaqda maraqlı olmalıdır.

Müsahibədə, həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edilib.

1news.az

Paylaş:
328

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər