Hikmət Hacıyev: Bu hərəkətlərə əl atanlar qarşılarında Azərbaycan xalqını görəcək | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Bu hərəkətlərə əl atanlar qarşılarında Azərbaycan xalqını görəcək

10:33 - 11 / 07 / 2018
Hikmət Hacıyev: Bu hərəkətlərə əl atanlar qarşılarında Azərbaycan xalqını görəcək

Dünən Gəncədə baş vermiş təxribat xarakterli,  ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurları Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi surətdə narahat edir.

1news.az-ın verdiyi xəbərə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

H.Hacıyev bildirib ki, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərə xəyanətdir:

“Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə xidmət başında olan zabitə qarşı hücum bu ön xətdə qulluq edən əsgər və zabitlərə, bütün Azərbaycan xalqına xəyanətdir. Bu kimi destruktiv əməllərə bəraət qazandırmağa çalışan və qərb ölkələrində gizlənmiş milli satqınlar xalqımız qarşısında utanmalıdırlar.

Ölkəmizə, xalqımıza və dövlətçiliyə qarşı bu kimi xəyanətkar əməllərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Bütün gənclərimizi, o cümlədən Gəncədə yaşayan və daim dövlətçiliyin keşiyində olan gənclərimizi ayıq sayıq olmağa çağırırıq. Gəncədə doğulmuş, boya başa çatmış, orta məktəbi orada bitirmiş bir vətəndaş olaraq əminliklə deyə bilərəm ki, bu kimi marginal kiçik qrupların destruktv fəaliyyətinə Gəncənin vətənpərvər gəncləri, Gəncə əhalisi heç zaman imkan verməz”.

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfəri axtarır – FOTO

Gəncədə iğtişaş zamanı polis polkovnik-leytenantı və polis zabiti şəhid olub

S.Xankişiyeva

Paylaş:
536

Son xəbərlər

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24
Bütün xəbərlər