Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır

15:40 - 17 / 11 / 2018
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də həmin ərazilərdə yaradılan qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfər etmələridir.

Bu fikri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Fransa həmsədr ölkələrdən biridir, vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir. Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal olunmuş şəhərləri ilə “qardaşlaşma”sı, özünü qondarma rejimin rəhbəri kimi təqdim edən şəxsin Fransaya səfəri kimi hallar baş verir ki, bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır, bunun qarşısı alınmalıdır. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildiyi kimi, Azərbaycanın diplomatik nümayəndəlikləri bu xüsusda Fransa tərəfinə ölkəmizin ciddi etirazını çatdıracaqlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da məsələyə münasibətini bildirib, əgər Bako Saakyan kimi bir şəxs Fransanın ərazisinə gedirsə, onda icmalara münasibətdə bərabərhüquqlu münasibət də təmin olunmalıdır. Hər iki icma bərabərhüquqludur. Əgər hər hansı icmaya xüsusi münasibət göstərilirsə və digərinin hüququna biganəlik nümayiş etdirilirsə bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Fransa və digər dövlətlər münaqişənin həlli prosesinə töhfə vermək istəyirlərsə, ilk növbədə, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Bu proses çərçivəsində isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməli və dəstəklənməlidir. Ona görə də həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəaliyyət göstərməsi faydalı olardı.

Paylaş:
333

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər