Hikmət Hacıyev: İlham Əliyevin Belarusa səfəri əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: İlham Əliyevin Belarusa səfəri əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi

14:41 - 20 / 11 / 2018
Hikmət Hacıyev: İlham Əliyevin Belarusa səfəri əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasındakı səmimi dostluq münasibətləri, dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfərinin nəticələri barədə açıqlama verən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, dövlət başçıları tərəfindən müəyyən olunan tapşırıqlar əsasında əməkdaşlığın hərtərəfli inkişafının məqsədləri müəyyənləşdirilir. İndiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa beş dəfə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana dörd dəfə rəsmi səfər edib. Bu rəsmi səfərlərin intensivliyi Azərbaycan-Belarus əlaqələrinin inkişaf dinamikasından xəbər verir.

“Dövlətimizin başçısının Belarusa budəfəki rəsmi səfəri ilə bağlı bir məqamı xüsusilə qeyd etməliyəm ki, protokola görə dövlət başçıları arasında təkbətək görüş 45 dəqiqə nəzərdə tutulsa da, həmin görüş 2 saatdan artıq davam etdi. Bir daha qeyd etmək istərdim ki, bu, prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin, necə zəngin xarakter daşımasının növbəti bariz nümunəsidir”, - deyə o əlavə edib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalandı. Bu sənədlər Azərbaycan ilə Belarus arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, hüquq-mühafizə, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb. Bəyanatda qeyd olunur: “Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”.

Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir.

Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarus üzv olmadıqları, biri üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır. Həmçinin Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə çox sıx əməkdaşlıq var. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da Anlaşma Memorandumu imzalandı. Bu Memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək”.

Hikmət Hacıyev bildirib ki, bu səfər Azərbaycan-Belarus əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. İmzalanmış sazişlər, aparılan danışıqlar Azərbaycan-Belarus əlaqələrinin hərtərəfli inkişafı üçün yeni perspektiv imkanlar açıb. Hesab edirik ki, qarşıya qoyulan məqsəd və məramların hökumətlərarası komissiya və digər işçi qruplar vasitəsilə həyata keçirilməsi üçün intensiv işlər bundan sonra da davam etdiriləcək.

2019-cu ildə Belarus ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bildiyiniz kimi, Avropa Oyunları konsepsiyasının müəllif və təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycan Olimpiya hərəkatının məqsəd və məramlarına sadiqliyini nümayiş etdirdi, bu məqsəd və məramların Avropa qitəsində inkişafına öz töhfəsini verdi. Azərbaycan bu sahədə öz təcrübəsini dost və tərəfdaş ölkə olan Belarus ilə açıq şəkildə bölüşür. Belarus da öz növbəsində Azərbaycanın bu dəstəyini, aparılan təcrübə mübadiləsini yüksək qiymətləndirir. Bu məqamlar Belarusun dövlət başçısı tərəfindən də qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
329

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər