Huawei Mate 20 – harmonik dizayn, innovasiya və üstün sənətkarlıq – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei Mate 20 – harmonik dizayn, innovasiya və üstün sənətkarlıq – FOTO

12:50 - 19 / 02 / 2019
Huawei Mate 20 – harmonik dizayn, innovasiya və üstün sənətkarlıq – FOTO

Huawei şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi Mate 20 smartfonu özündə harmonik dizayn, innovasiya və sənətkarlığı birləşdirir.

Daha dəqiq desək, şirkət bu modeldə Leica ilə əməkdaşlıq şəraitində 3-lü kamera sistemini, 4000 mAh gücündə enerji akkumlyatorunu, parlaq, aydın, dəqiq və şeh damcısı effektini əks etdirən displeyi, HiSilicon şirkətinin istehsalı olan dünyanın ilk 7 nanometrlik Kirin 980 prosessorunu və digər üstün texnoloji detalları birləşdirib.

Sonsuz imkanlar və yüksək performans

Şirkət bu modeldə hərtərəfli sənətkarlıq nümayiş etdirib. Bu sənətkarlıq elə ilk baxışda smartfonun korpusunun dizaynında özünü göstərir ki, bu dizayn da smartfonu istifadəçinin əlində daha rahat və etibarlı şəkildə saxlamağa imkan verir.

Huawei mühəndisləri bu modeldə yüksək imkanlara və çoxnüvəli arxitekturaya sahib Mərkəzi Prosessor (CPU) və Qrafik Prosessor Modullarını (GPU) tətbiq ediblər ki, bu da smartfona imkan verir ki, əməliyyatlar daha sürətli şəkildə icra olunsun. Prosessorun təchiz olunduğu Dual-NPU-lardan biri süni intellekt texnologiyasına əsaslanaraq hesablama əməliyyatları üçün, digəri isə yüksək istifadəçi təcrübəsinin formalaşması və əməliyyatların effektivliyini artırmaq üçün xüsusi məsələlərin həllinə fokuslanıb. Bu isə imkan verib ki smartfonun mərkəzi prosessoru 75%, qrafik prosessoru 46% daha üstün performans göstərsin. Həmçinin, bu modeldə mərkəzi prosessorun gücü 58%, qrafik prosessorun gücü isə 178% artıb.

30 dəqiqəyə 58% enerji yığma gücü

Smartfon 4000 mAh enerji blokuna malikdir. Şirkətin TÜV Safety sertifikatına sahib SuperCharge akkumlyatoru 30 dəqiqəyə 58% enerji yığır.

Mate 20 həmçinin Leicadan olan və süni intellekt texnologiyasını dəstəkləyən 3-lü kamera sistemini təqdim edir. Bu kameralar imkan verir ki, hər bir şəkil unikal, rəngarəng və gözəl oslun. Leica ultra geniş bucaq linzaları sayəsində kamera sistemi şəkil çəkilişləri zamanı hətta dar məkanlarda belə genişlik effekti yaratmağa və hətta makro foto effektli şəkillər çəkməyə imkan verir ki, siz bunun sayəsində dünyanı tam bir yeni perspektivdən kəşf edirsiniz.

Kamera sistemi həmçinin süni intellekt texnologiyasına əsaslanaraq təsvirin stabilizasiyası sayəsində gecə modunda zəif işıqlanmada şəkil çəkməyə imkan yaradır. Mate 20 smartfonu eləcə də sizə klassik 21:9 aspekt ölçüsündə kinoteatr effekti ilə filmlər çəkmək imkanı yaradır.

Mate 20 smartfonunda dünyanın ilk Nano Yaddaş Kartı yerləşdirmək imkanı da vardır. Nano Yaddaş kartı Mikro SD kartdan 45% kiçikdir. Nano Yaddaş Kartı Nano Sim Kartla eyni slotu bölüşür və bu yaddaş kartının tətbiqi imkan verir ki, smartfon böyük həcmə malik yaddaşa və yüksək sürətli fayl transferi imkanına sahib olsun.

Qeyd edək ki, Azərbaycanda Mate 20 modelini alatoranlıq (Twilight), qara və göy rənglərdə əldə etmək mümkündür.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

Paylaş:
564

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər