Huawei Mate 20 modelləri  – video çəkilişlərdə mükəmməllik – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei Mate 20 modelləri  – video çəkilişlərdə mükəmməllik – FOTO

15:00 - 04 / 02 / 2019
Huawei Mate 20 modelləri  – video çəkilişlərdə mükəmməllik – FOTO

Digər telefon markasının istehsalçıları hələ də şəkil çəkmək texnologiyalarını təkmilləşdirməyə yönəlsələr də, Huawei özünün Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan video çəkiliş texnologiyasını araşdırmağa başlayıb.

Qeyd edək ki, ultra-geniş linzaları və süni intellektə əsaslanan video rejimi ilə yeni nəsil Leica üçlü kamera sayəsində Huawei Mate 20 seriyası video çəkilişinə daxil olmaq üçün keçidi azaldaraq və getdikcə daha geniş yayılan video çəkilişlər vasitəsi ilə istifadəçilərin sosial şəbəkələrdə özlərini rahatlıqla ifadə etməsinə imkan verərək, ilk “mükəmməl video çəkiliş” kamerasına malik bir telefona çevrilib.

Dünyanın ultra-genişbucaqlı Leica Linzaları ilə təchiz edilmiş ilk kamerası

"Huawei Mate 20 Pro"nun Leica üçlü kamerası 40 MP RGB kamerasından, Leica ultra-genişbucaqlı linzalı 20MP kameradan və 8MP telefoto kamerasından ibarətdir.

Ultra-genişbucaqlı linzalar istifadəçilərə imkan verir ki, hətta dar məkanlarda olduqca geniş perspektivdə görüntü yarada bilsinlər. Çəkilən şəkillər canlı, aydın və yüksək kontrastda olur ki, bu da şəklə üç ölçülü effekt verir.

Kinomatoqrafik 21:9 aspekt nisbəti

Ultra-genişbucaqlı linzalar vasitəsi ilə Huawei Mate 20 seriyası ultra-geniş 21:9 dəqiqliyində video çəkilişləri dəstəkləyir - bu göstərici qlobal olaraq kinoteatrlar tərəfindən istifadə olunan aspekt nisbəti ilə eynidir. Ənənəvi 16:9 aspekt nisbəti ilə müqayisədə, 21:9 dəqiqliyi ilə çəkilən videogörüntülər daha əhatəli və peşəkar görünür, eyni zamanda, kino çəkilişini xatırladır. Digər telefon markalarında 21:9 nisbətini əldə etmək üçün videoyazılar kəsilir. Lakin Huawei Mate 20 seriyasında 21:9 dəqiqliyi videoçəkilişin lap əvvəlindən başlayaraq özünün orijinal çəkiliş dəqiqliyi kimi qəbul edilə bilir.

Süni intellektə əsaslanan kinoteatr rejimi

Süni intellektə əsaslanan emal imkanlarını artıran Huawei Mate 20 seriyası peşəkar videoçəkiliş bacarıqları funksionallıqlarına malikdir ki, hətta video çəkiliş sahəsində yeni olanlar da blokbaster hazırlaya bilər.

Rəng isə bildiyimiz kimi videonun ən əsas və zəruri elementlərindən biridir. Rənglərdən düzgün istifadə ilə videonun müəllifi auditoriya ilə emosional ünsiyyət qura və öz istəklərini ən düzgün metodla ifadə edə bilir. Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan kinoteatr rejimi vardır. Bu rejim vasitəsi ilə videogörüntünün rəng çalarını, intensivliyini və parlaqlığını asanlıqla tənzimləmək olar. Bir neçə orijinal rejimlər də mövcuddur, o cümlədən: klassik, təravətli, arxa fonun tutqunluq dərəcəsi. Bundan başqa, bu funksiya görüntüdəki obyektləri rəngsizləşdirərək subyekti müəyyənləşdirə və onun rənglərini ayıra bilir. Bu isə ecazkar vizual görüntü yaradır.

Süni intellektə əsaslanan projektor çarxı

Smartfonlar öz rahatlığı sayəsində video çəkiliş zamanı bir çoxları üçün əvəzolunmaz cihaza çevrilib. Lakin videoların həcmi artdıqca onların təşkil və ya redaktə edilməsi səy tələb edən bir işə çevrilir. Bəziləri üçün müəyyən bir videonun arxivdən eşələnib çıxarılması "samanlıqda iynə axtarmaq" kimidir.

Huawei Mate 20 seriyasında projektor çarxı funksiyası vardır. Bu funksiya vasitəsi ilə eyni mövzulu videokliplər seçilir və avtomatik surətdə 10 saniyəlik montaj hazırlanır. Məsələn, məşhur bir şəxslə görüşmək və salamlaşmaq zamanı çəkilən videogörüntünü götürək. Sözügedən funksiya yalnız məşhurlara aid olan videoklipləri ayıra və digər bir çox funksionallıqlarla yanaşı, yalnız həmin ulduza aid olan bir video hazırlaya bilir.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

Paylaş:
711

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər