Huawei Mate 20 Pro bazarda ən yaxşı kamerofon adlandırılıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei Mate 20 Pro bazarda ən yaxşı kamerofon adlandırılıb – FOTO

11:30 - 18 / 02 / 2019
Huawei Mate 20 Pro bazarda ən yaxşı kamerofon adlandırılıb – FOTO

Huawei şirkətinin Mate 20 Pro flaqman modeli ötən ilin oktyabrında buraxılandan sonra smartfon mütəxəssisləri tərəfindən ən çox müzakirə olunan və texniki paramentlərinə görə əvvəlki modellərdən daha üstün hesab olunan bir smartfondur.

Şirkət özünün yeni flaqman modelini istehsal edərkən ən son nəsil texnologiyalardan istifadə edib.

Şikrət bu modeldə süni intellekt, daha inkişaf etmiş mobil bağlantı sistemi tətbiq edib. Buna görə də smartfon müxtəlif faylların yüklənməsində yüksək sürət nümayiş etdirir.

Huawei Mate 20 Pro Wi Fi rejimindən mobil rejimə və ya əksinə daha sürətli və kəsintisiz bir keçid edə bilir ki, bu da istifadəçinin hər hansı bir ərazidə mobil bağlantı ilə Wi Fi arasında keçid edərkən kəsintinin olmamasına şərait yaradır. Flaqman model smartfon mobil şəbəkə üzərindən 1.4 Gbit/s yükləmə imkanını dəstəkləyir.

Qeyd edək ki, bu model “DxO Mark” şirkətinin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib və şirkət bu modeli smartfon bazarında ən yaxşı kamerofon adlandırıb. Huawei Mate 20 Pro həmçinin “Android” sisteminin idarəetməsi altında işləyən smartfonların üçlüyündə yer alıb.

Huawei şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

Paylaş:
659

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər